Icma.az
close
up
RU
Ağstafada “Müasir Azərbaycanın inkişafı” mövzusunda tədbir keçirilib

Ağstafada “Müasir Azərbaycanın inkişafı” mövzusunda tədbir keçirilib

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi”, “Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi”, “Dəmiryolu işçiləri” və “Ağstafa şəhər Təhsil işçiləri” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “Müasir Azərbaycanın inkişafı” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, müasir Azərbaycan son illərdə bir çox sahədə mühüm inkişaf yolu keçmişdir. Ölkəmiz iqtisadi, sosial, mədəni və texnoloji sahələrdə həyata keçirilən islahatlar nəticəsində davamlı tərəqqiyə nail olmağa çalışır. İnfrastrukturun yenilənməsi, yeni yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikilməsi insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Daha sonra çıxış edən natiqlər – Ağstafa şəhər 1 №-li tam orta ümumtəhsil məktəbin direktoru Ramiz Nəsirov, “Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi” Ərazi Partiya Təşkilatının fəalı Uday Mustafazadə və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli bildiriblər ki, bu gün Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolu ilə irəliləyən, müasir şəhərsalma və memarlıq sahəsində mühüm nailiyyətlər qazanan bir dövlətdir. Son illər ölkəmizin şəhər və rayonlarında həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni yaşayış məhəllələrinin, sosial obyektlərin, yolların, parkların və digər infrastruktur layihələrinin istifadəyə verilməsi dövlətimizin vətəndaş rifahına verdiyi önəmin bariz nümunəsidir. Qeyd olunub ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlər cəmiyyətimizdə bu sahəyə marağı daha da artıracaq, müasir Azərbaycanın davamlı inkişafına və yeni uğurlarına öz töhfəsini verəcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri