Ağstafada sürücü qardaşını vuraraq öldürüb YENİLƏ
Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Aznews.az xəbər verir ki, Muğanlı kəndində qeydə alınan yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən, sürücü 1982-ci il təvəllüdlü Şöhrət Mehdiyev ölən piyada, 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevin qardaşıdır.
Hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.
09.11.22:30
Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Aznews.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevi avtomobil vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.


