Icma.az
close
up
RU
Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?

Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Emomali Rəhmon-Rüstəm Rəhmon
Tacikistanda hökumət kadrları karuseli fırlanmaqda davam edir. Görünən budur: prezident Emomali Rəhmon əsas nazirliklərində baş verən son dəyişikliklərin peşəkarlığı artırmaq üçün nəzərdə tutulduğunu deyir, bir çox müşahidəçi isə onun siyasi təcrübəsiz oğlu Rüstəm Emomali üçün yol açmağa çalışdığını düşünür.
Reyting.az
xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.
Təhlildə qeyd olunur:
2025-ci ilin əvvəlindən Rəhmon Tacikistanın dövlət təhlükəsizlik strukturlarını “əsaslı təmir” edib, odur ki, Daxili İşlər Nazirliyi kadr dəyişikliyinə məruz qalan ən son qurumdur. Prezident Rəhmon aprelin 22-də verdiyi bəyanatında həm milli, həm də rayon səviyyəsində köklü dəyişikliklər elan edərək, “Daxili İşlər Nazirliyinin strukturlarında gənc kadrların hazırlanmasında təkmilləşdirmələrə ciddi diqqət yetirilməli olduğunu” vurğulayıb.
Rəhmon veteran liderləri güc nazirliklərindən uzaqlaşdırarkən, eyni zamanda, artıq Düşənbə şəhərinin meri və senatın spikeri olan 37 yaşlı oğlu Rüstəmə məsuliyyətli vəzifələrdə daha çox şans qazandırıb. Məsələn, protokoldan kənar olsa da, Rəhmon oğlu Rüstəmə xalqa illik Yeni il müraciəti söyləməyi tapşırıb. 1994-cü ildə Tacikistanda prezidentliyə başlayandan bəri bu, ilk idi.
Emoməli Rəhmon, həmçinin, qonşu dövlətlərlə uzun müddətdir davam edən münaqişələri yekunlaşdırmağa tələsir. Mart ayında 2021 və 2022-ci illərdə silahlı toqquşmalara səbəb olan qonşu Qırğızıstanla sərhəd mübahisəsini həll etmək üçün tacik tərəfi danışıqlarda əhəmiyyətli güzəştə getdi və delimitasiya prosesini 1920-ci illərdən əvvəlki xəritələrə deyil, 1991-ci il xəritəsinə əsasən etməyə razı oldular. Nəticədə, Tacikistan minlərlə hektar ərazini Qırğızıstana verdi.
Sirr deyil ki, Rəhmon hakimiyyəti oğluna təhvil verməyə çalışır. Bəzi son addımlar 72 yaşlı hazırkı prezidentin səhhəti ilə bağlı fərziyyələrə səbəb olub.
Axırıncı kadr dəyişikliklərinin əsas səbəbi Rəhmonun sülalə transferini mütləq dəstəkləməyən və Rüstəmin hakimiyyətinə əhəmiyyətli dərəcədə müqavimət göstərə biləcək nüfuzlu güc vasitəçilərini vəzifədən kənarlaşdırmaq istəyi kimi baxılır.
Xarici müşahidəçilər, Rəhmonun bütün hiylələrinə baxmayaraq, Rüstəmin Tacikistan siyasətinin zirvəsində uzun müddət təkbaşına sağ qala biləcəyinə şübhə ilə yanaşırlar. Hakimiyyət sxeminin atadan oğula ötürülməsinə qarşı iki mühüm amil var: birincisi, Rəhmonun böyük ailəsi daxilində plana ciddi etiraz, çünki bəzi nüfuzlu üzvlər Rüstəmi klanın siyasi və iqtisadi maraqlarını qorumaq üçün bacarıqsız hesab edir. Bundan əlavə, yoxsulluq və işsizlikdən əziyyət çəkən Tacikistanda davamlı iqtisadi disfunksiya var.
“Tacikistanda hakimiyyətin varisliyi məsələsi beş ildən artıqdır ki, müzakirə olunur”, - Rəhmonun Moskvaya səfəri zamanı Rusiyanın “Nezavisimaya qazeta” qəzetinin mart ayında dərc etdiyi şərhdə qeyd edilir. - Uzun illərin söhbətinə baxmayaraq, hakimiyyətin vərəsəlik yolu ilə ötürülməsi üçün əlverişli siyasi və sosial-iqtisadi şərait hələ də görünmür”.
Məlumata görə, Moskva səfəri zamanı Rəhmon Tacikistanın siyasi sülaləsi üçün Kremldən dəstək istəyib. “Nezavisimaya”nın təhlilinə görə, Rusiyanın Rüstəmə dəstəyi əlverişli “energetika sahəsində, xüsusən də bərpa olunan enerji mənbələri və nadir torpaq metal yataqlarının işlənməsi sahəsində investisiya layihələri” baxımından baha başa gələcək.
Mərkəzi Asiya üzrə ekspert Qaliya İbrahimova “Carnegie Politika”da dərc olunan təhlilində yazır ki, Rəhmonun son kadr hərəkətləri Rüstəmin siyasi sağ qalma perspektivlərinə xeyirdən çox ziyan vurmuş ola bilər.
"Keçiddən əvvəl hakimiyyətin bütün sferalarının total təmizlənməsi yalnız yeni münaqişələr və nüfuz mübarizəsi üçün zəmin yaradır. Hakimiyyət dəyişikliyini uzun müddət gözləmək və qeyri-müəyyənlik hətta sadiq məmurların da səbrini sarsıdır", - İbrahimova yazıb. - Daxili konfliktlər çox dərindir və Rüstəm nüfuzu və ölkəni nəzarətdə saxlamaq qabiliyyəti baxımından atası ilə çətin müqayisə oluna bilər”.
Y. QACAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Aprel 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri