Icma.az
close
up
RU
Ağstafanın icra başçısı növbəti səyyar qəbul keçirdi FOTOLAR

Ağstafanın icra başçısı növbəti səyyar qəbul keçirdi FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə rəhbərliyinin müvafiq göstəriş və tövsiyələrinə uyğun olaraq Seymur Orucov Ağstafada vətəndaşların səyyar qəbullarını davam etdirir.

"Unikal" xəbər verir ki, Vurğun qəsəbə və Həsənsu kənd tam orta məktəb binalarında təşkil olunan vətəndaşların səyyar qəbullarında rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti qurumların məsul şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı səyyar qəbullarda giriş nitqi söyləyərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı, ata vəsiyyətini  yerinə yetirərək suverenliyimizi bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ardıcıl tarixi zəfərlərlə güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Ümummilli Liderin tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən qarşısında misilsiz xidmətləri, ən ağır günlərdə həyatını təhlükə qarşısında qoyaraq respublikanı fəlakətlərdən xilas etməsi qədirbilən xalqımız tərəfindən hər zaman ehtiramla xatırlanacaq, dahi rəhbərin keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün daim örnək olacaqdır. Həmçinin diqqətə çatdırılıb ki, respublikanın hər yerində, o cümlədən Ağstafa rayonu ərazisində əhali ilə keçirilən mütəmadi görüşlərin, səyyar vətəndaş qəbullarının başlıca məqsədi sakinləri narahat edən məsələləri daha dərindən araşdıraraq operativ həllinə nail olmaq, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib. Həmçinin yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması ilə bağlı nəzarət qaydasında tapşırıqlar verilib.

Səyyar qəbullarda Vurğun qəsəbəsindən olan Azərbaycan Atletika Federasiyasının qaçış üzrə yüngül atleti, respublika və beynəlxalq dərəcəli bir sıra yarışların iştirakçısı və mükafatçısı Ağa Əliyev ölkəmizdə idmana və gənclərə göstərilən yüksək dövlət qayğısına görə, Həsənsu kənd ictimaiyyətinin nümayəndələri - Sücayət Əsgərova, gənc şair Rüfət Axundov ölkəmizin çiçəklənməsi, hökm sürən sülh və əminəmanlıq, xalqımızın firəvanlığı üçün atılan addımlara görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Həmçinin ağstafalı gənc şair yeni çapdan çıxmış kitabını RİH başçısına təqdim edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Dekabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri