Ağsuda 40 yaşlı kişi qayınanasını döydü
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Ağsuda kişi qayınanasını döyüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağsu şəhəri ərazisində baş verib.
Şəhər sakini, 1986-cı il təvəllüdlü İslam Azadov (ad və soyad şərtidir - red.) evində həyat yoldaşı ilə mübahisə edib. Həyat yoldaşı anasına zəng vuraraq İslamın evdə dava saldığını bildirib. Qadın gecə vaxtı onlara gələrək, kürəkəni ilə mübahisə edib və qızını da götürüb öz evinə aparmaq istəyib. Kürəkənini söyən qayınana bununla sakitləşməyib, İslamın həyətində olan avtomobilinə bir neçə təpik vuraraq, avtomobili əzib. Bundan əsəbiləşən İslam qayınanasını yumruq zərbələri ilə döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı protokol imzalayaraq məhkəməyə göndərib. Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunub və inzibati xəta haqqında işə xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















