Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 noyabr, AZƏRTAC

Ağsu Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ağsuda toxum sərgi-satış yarmarkası və “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, panel müzakirəsində nazirliyin müvafiq struktur bölmələrinin və tabeli qurumlarının, Aqrar Sığorta Fondunun, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və “Unibank”ın nümayəndələri iştirak ediblər.

Tədbirdə kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrar sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, yeni imkanlar və qarşıda duran prioritetlər barədə ətraflı məlumat verilib. Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üzrə Dövlət Proqramı”nın əsas istiqamətləri və hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. Aqrar Subsidiya Şurasının yeni qərarları, toxumçuluq sahəsində qanunvericilik, toxum istehsalının və keyfiyyətinin artırılması, balıqçılıq və akvakultura sahəsinin inkişafı, eləcə də kənd təsərrüfatı istehsalçılarına təqdim olunan digər dəstək mexanizmləri müzakirə olunub.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov aqrar sektorun rayonun sosial-iqtisadi inkişafında mühüm rolunu vurğulayıb. O, kənd təsərrüfatı istehsalının genişləndirilməsi, istehsalçılara dövlət dəstəyinin gücləndirilməsi, müasir aqrar yanaşmaların tətbiqi və dövlət qurumları ilə fermerlər arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Mərkəzin fəaliyyət istiqamətləri, regionlarda aqrar innovasiyaların təşviqi, müasir texnologiyaların istehsalçılar arasında yayılması və innovativ həllərin kənd təsərrüfatında tətbiqi istiqamətində görülən işlər barədə danışıb. O, bu cür görüşlərin fermerlərin maarifləndirilməsi, dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığın artırılması və innovasiyaların geniş tətbiqi baxımından əhəmiyyətini qeyd edib.

Qurumların nümayəndələri təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri, fermerlərə və sahibkarlara göstərilən xidmətlər, güzəşt və dəstək mexanizmləri, aqrar sığorta, kreditləşmə, məşğulluq, su ehtiyatlarından səmərəli istifadə və qida təhlükəsizliyi ilə bağlı məlumat veriblər.

Panel müzakirəsi zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.

Tədbir çərçivəsində təşkil olunan toxum sərgi-satış yarmarkasında fermerlər müxtəlif toxum məhsulları ilə tanış olub, istehsalçılarla birbaşa əlaqə qurub və toxumların əldə olunması imkanlarını dəyərləndiriblər.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd aqrar sahədə dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığı artırmaq, fermerlərlə müvafiq dövlət qurumları arasında birbaşa əlaqəni gücləndirmək, toxumçuluğun inkişafına və kənd təsərrüfatı istehsalçılarının mövcud dəstək mexanizmlərindən səmərəli istifadəsinə töhfə verməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri