Icma.az
close
up
RU
Ah, bu cərimələr! Kimi, niyə cərimələr?!

Ah, bu cərimələr! Kimi, niyə cərimələr?!

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər, bəli, cərimələr artır. Sözün açığı, bu cərimələrdən narazıların da sayı çoxalır. Neçəsinə özüm rastlamışam.

Deyir: "Bu boyda da cərimə olar? Avtobusun yoluna girdin, yüz manat.. Hələ təzə bir cərimə də qoyublar: küçəyə zibil atdın, filan qədər. Maaş az, pensiya az, uşaqpulu yox. Camaat bu cəriməni necə versin?!

Maraqlı və haqlı sualdır: camaat bu cərimələri necə versin?!

Mən bu sualın cavabını deyim?! Camaat bu cərimələri heç verməsin. Necə?! Çox sadə: qaydaları pozma, cərimə də vermə.

Bəli, avtobusun yoluna keçməyin yüz manat cəriməsi var. Çoxdurmu?! Çoxdur. Amma, atam-qardaşım, avtobusun yoluna keçmə, cərimə olunma, o yüz manat da cibində qalsın. Svetoforun qırmızı işığında keçmə, bir ətək pulun çıxmasın. Piyada zolağında adamlara yol ver, hərəkətə əks istiqamətdə getmə, qazandığın öz büdcəndə dursun. Sürücüsən, ya sərnişin, fərqi yoxdur, avtomobilə oturdun, kəməri bağla.

Gəlin, əyri oturaq, düz danışaq: biz total qaydasızlıq ortamında yaşamaq istəyimizi tərk etmirik, amma deyirik, dövlət cərimələri ləğv etsin. Bir yandan hüquqi dövlət istəyirik, öz hüquqlarımızı istəyirik, o biri yandan da, hüquqi nihilizmdən əl çəkmək istəmirik. Bizim hüquqlarımız varsa, vəzifələrimiz də var. Bu, necə olsun?!

Bilmirəm, bəlkə kimsə hələ də: "Babam mənə "kor" deyib, gəlib-gedəni "vur" deyib" düşüncəsindədir. Elədirsə, bilsin: nə "baba"sı ona düz deyib, nə də o düz hərəkət edir. Dövlət dədə-baba qaydaları ilə idarə oluna bilməz ki. Qanunlar, qaydalar ictimai münasibətlərdəki dəyişmələrin məhsuludur; yeni, yeniləşən reallıqları gözə alaraq, cəmiyyəti tənzimləyir. Eləcə də, təbiəti.

Elə qaydalar var, reallığa uyğun olaraq əvvəl-əvvəl bir müddət dövlət onları qəsdən "unudur", amma əvvəl-axır bir gün "xatırlayır". Baxırsan, əvvəl tətbiq etmədiyi cəriməni, axır ki, tətbiq etməyə başlayır.

Yadınızdadır, vaxt var idi, avtomobildə kəmər taxmamağa görə yol polisi heç kimi saxlayıb cərimələmirdi. Qayda yox idi?! Var idi. Amma pozulmasına görə inzibati cəza vermirdilər. Daxili İşlər Nazirliyi maarifçiliklə işi sahmana salmağa çalışırdı; elanlar verirdi, çağırışlar edirdi, videoçarxlar çəkib göstərirdi... Dövlət istəyirdi, özümüz başa düşək, qəbul edək, qaydaya tabe olaq.

Amma yox! Olmadı. Əmələ gəlmədi.

Ona görə bir gün dövlət qərara aldı ki, qüvvədə olan qərar icra olunsun. Polis əmr aldı, reydlər başladı. Kəmər taxmadan maşın sürənləri saxlayıb cərimələməyə start verildi. O zaman biz başladıq deyinməyə: "Belə də iş olar?! Cibimizdə pul qalmadı..."

Bəli, belə iş olar. Çünki belə bir cərimə onsuz da var idi. Sadəcə, tətbiq olunmurdu. "Hər bir yeni çoxdan unudulmuş köhnədir" deyiblər. Üstəlik, qəsdən unudulmuş bir köhnə! Dövlətin və hüququn nəzəriyyəsi var, fəlsəfəsi var. Qanunilik və effektivlik imperativləri var. Qanunilik imperativi hansısa bir məqamda, ya bir mərhələdə yerini bilərəkdən effektivlik imperativinə verir. Dövlət kəmər məsələsini effektivlik imperativinə buraxmışdı. Gördü, effekt vermir, keçdi qanunilik imperativinə. Yəni dövlət təkcə zorun təcəssümü deyil, həm də vaxtında və yerində xoş məramın da ifadəsidir.

Bu, təhlükəsizlik kəmərində aydın göründü: kəmərsizlik dövlətin gözlədiyindən də çox təhlükəli olmağa başlayanda polisə göstəriş gəldi.

İndi, get, aç, polisin statistikasına bax, görəcəksən ki, kəmər cərimələri qəzalarda nə qədər ölümün qarşısını alıb! Bir kəmərin cəriməsi neçə həyatları qurtarıb!

Cərimələnmək istəmirsənsə (ki, istəməzsən), onda avtomobilinə oturan kimi kəməri bağla, sonra hərəkətə başla. Nə çətin işdir?! Bir neçə saniyə çəkir. Bir neçə saniyə gec tərpənmək istəmirsənsə, qırx manatın "məhəbbət"ini ürəyindən sil. Avtobusun yoluna daxil olursansa, yüz manatından əl çək. Nə bilim, qırmızı işıqda keçirsənsə, beş yüz manatından üz çevir. Və sair və ilaxır.

Belədir bu işlər, qardaş. Bütün dünyada belədir, təkcə bizdə yox. Aç, başqa ölkələrdə eyni əməllərin cərimələrinə bax. Gör, Almaniyada, Amerikada, Yaponiyada nə cərimələr var, nə cərimələr! Sinqapurda, məsələn, çeynədiyin saqqızı küçəyə ata bilərsən? Yox! Atarsansa, cəriməsini ödəməlisən.

İtaliyada şəhər meydanlarında qumrulara çörək qırıntıları səpməyə icazən var? Təbii ki, xeyr! Xeyirxahlıq edərkən, maddi ziyan çəkəcəksən. Həm də iri məbləğdə. Amerikada, ya Kanadada avtomobili, ya mopedi istədiyin yerdə buraxıb gedərsən? Hə, gedərsən. Qayıdıb görərsən ki, əməlli-başlı cərimə gəlib. Bizdə hələ də maşını küçənin ortasında qoyub, saatlarla hardasa itib-batanlar var. Bir də görürsən, park etdiyin avtomobilinin arxasında bir "ağıllı" öz "xlam"ını atıb yoxa çıxıb. Sən də dövlət tədbirinə, yaxud iş görüşünə tələsirsən... Bu cür dənsizləri dövlət "dənləməsinmi"?! Bu "kor xəlifəliyin" bir bədəli olmasınmı?!

O adam bu hərəkəti Brüsseldə, yaxud Berlində, lap elə Varşavada edib, sonra da əlini-qolunu sallayıb gedə bilər?! Heç vaxt. Mütləq maddi zərərini görəcək, qarşılığını ödəyəcək.

Hətta Fransa kimi "sevgi dolu" bir cəmiyyətdə, Avstriya kimi tolerant məmləkətdə belə göz qabağında öpüşməyin bədəli var. Amma Bakıda polis aşiqləri "iş başında" yaxalayır, "evin kişisi" üzrxahlıq etmək əvəzinə, hələ üstəlik qanun keşikçisinin üstünə qabarır, azad məhəbbətin "məcəllə"sini "xırdalayır".

Yaxud fərz elə ki, Tailandda yaşayırsan, ürəyindən küçədə fili yemləmək keçir, elə bilirsən, bu, sənə ucuz oturacaq?! Əsla!

Qısacası, qayda hər yerdə qaydadır, cəriməsi də hər yerdə cərimədir. Bir ölkədə az, bir ölkədə çox. Ayağını cızıqdan qırağa qoymusansa, sənə "xatırladacaqlar". O məşhur Azərbaycan filmində deyildiyi kimi: "A bəy, araq içmisən, pulunu ver də!"

Pulun yoxdur, ya azdır? Qaydalara əməl elə. Sonra qayıdıb: "Deyəsən, cərimələrlə büdcəni doldururlar" deməyəsən.

Bu, ümumiyyətlə, ən azı mübahisəli fikirdir. Həmin məntiqlə yanaşsaq, belə çıxır ki, Cinayət Məcəlləsi türməni doldurmaq üçündür?! Absurddur axı! Dövlət niyə öz vətəndaşlarını nahaqdan tutub həbsxanaya yığsın, yeməyinə-içməyinə, mühafizəsinə, hətta "içəri"də müalicəsinə xərc çəksin?! Cəza varsa, deməli, bunun bir mənası da var axı.

Xüsusi amansızlıqla qətl törədilibsə, dövlət deyə bilməz axı, adamdır da, öldürüb, neynək, 20 il yox, 2 il verək, əlüstü bir balaca "yatıb" çıxsın. Cəza adama görə yox, əmələ görədir. Yaxşı, inzibati xətalara görə adamlar "büdcəni doldurmaq üçün" cərimələnirsə, qatillərin, oğruların, quldurların, qaçaqmalçıların, təcavüzçülərin... həbsi nə üçündür?! Büdcəni boşaltmaq üçün?! Həmin düşüncəyə görə, büdcəni talayanları, sadəcə, ona görə tuturlar ki, büdcə hesabına "içəri"də bəsləsinlər! Nonsens!

Bir də, lap elə tutaq ki (bəzilərinin dediyi kimi), dövlət cərimələrlə büdcəni doldurmaq istəyir, o bəziləri özü buna niyə imkan verir?! İmkan verməsin. Yəni əsas verməsin. Bu qədər sadə!

Cərimə varsa, cəza varsa, bu cəmiyyəti nizamı, salamatlığı üçündür. Hətta səni belə sənin özündən qorumağa ehtiyac olur. Heç bir qanun boş yerdən yaranmayıb. Cinayət qanunu, məsələn, bütün dünyada... qanla yazılıb. Bir adekvat cəza tapılana kimi nə qədər qan tökülüb!

Vətəndaş qanunları pozmasa, qaydaları heçə saymasa, dövlət durduğu yerdə onu cəzalandırmaz ki.

Ayrı vaxt Vətənə sevgidən dəm vuran adamlar (hamı yox) Vətənin küçələrini zibilləyir, üstəlik də istəyir ki, bunun cəzası olmasın. Belə sevgi olar?! Bu sevgidirsə, olmaz olsun. Sən sevdiyin kişinin, ya qadının üzünə çirkab atacaqsan, sonra da hər ikiniz heç nə olmamış kimi, "sevdiyiniz yer"dən davam edəcəksiniz, eləmi?! Yox elə bir dünya!

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see270

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see256

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see251

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see214

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see203

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see198

Dünya bazarlarında WTI neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun 2026 08:44see178

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see176

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see175

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see175

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see173

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see172

100 yaşlı superfanat DÇ 2026 nın əsas ulduzuna çevrildi: Messi, mənimlə evlənərsən? VİDEO

25 İyun 2026 08:35see172

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see172

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see171

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see170

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see170

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see168

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see168

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri