Icma.az
close
up
RU
AHİK islahatlar barədə hesabat verdi

AHİK islahatlar barədə hesabat verdi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Avqustun 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qurumun son 1 ildə  fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirildi. Mərasimi AHİK sədrinin müşaviri Abbas Əliyev açaraq bildirdi ki, bugünkü hesabatda konfederasiyanın gördüyü işlər, icra edilən layihələr barədə ictimaiyyətə məlumat veriləcəkr. 

Toplantının moderatoru Elvin Dəmirli  əvvəlcə AHİK-in son bir ildə fəaliyyətini əks etdirən video sujeti iştirakçılara təqdim etdi.

 Bildirildi ki, AHİK 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da daxil olmaqla 22 sahə həmkarlar ittifaqını özündə birləşdirən müstəqil ictimai təşkilatdır. Konfederasiyanın tərkibində 11 min 613 həmkarlar ittifaqı təşkilatı var. Üzvlərinin sayı 1 milyon 34 min 701 nəfərdir. 

Qeyd olundu ki, konfederasiyanın əsas missiyası üzvlərinin əmək və sosial hüquqlarının qorunması, qanuni mənafelərini müdafiəsi, sosial rifahının yüksəldilməsi və sıralarının genişləndirilməsidir. Qarşıdakı hədəflərə çatmaq üçün AHİK-in 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq olunub. Hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 layihəni əhatə edən Tədbirlər Planı icra olunur. 

Hesabatda AHİK-in şəhid ailələri, qazilər, inmkansız ailələrə qayğısı istiqamətində görülən işlər, beynəlxalq əlqələrdə qazanılan uğurlar, idman təşkilatlarının fəaliyyəti, Əmək və Sosial Münasibətlər Akademiyasında aparılan islahatlar  və sair haqqında qısa məlumat verildi.

Sonra AHİK sədrinin müşaviri Elkiyar Ziyadov bildirdi ki,  Azərbaycanda ilk dəfə olaraq həmkarlar ittifaqları üzvlərinin elektron siyahısı hazırlanıb. İndiyədək 950 mindən çox şəxsin məlumatı toplanıb. Konfederasiyada sənəd dövriyyəsinin elektronlaşdırılması başa çatıb. Natiq Azərbaycanda istirahət məqsədilə verilən yollayışların ümumi dəyərinin 15 faizini müraciət edən, 85 faizini isə həmkarlar ittifaqları ödədiyini bildirdi. 

Qeyd edildi ki, əgər müalicə üçün yollayış alan həyat yoldaşı ilə getmək istəyirsə, həmin şəxs AHİK-ə üzvdürsə, əmək pensiyaçısıdırsa, sosial sığorta ödəyicisidirsə, o da 15 faiz ödəyir. Əks təqdirdə həmin şəxsin həyat yoldaşı yollayışın 50 faizini ödəyir, qalanını isə AHİK qarşılayır. İstirahətə gedən həmkarlar ittifaqı üzvü isə özü ilə ailə üzvlərini, 23 yaşadək uşaqlarını apara bilər. Əgər övladlarının yaşı 18-dən yuxarıdırsa, tələbədirsə mütləq həmin məlumat elektron sistemə daxil edilməlidir. Əks təqdirdə müraciətlərə imtina göndərilir. Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması məqsədilə “e-ahik” Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi vasitəsilə 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə çoxdur.

E.Ziyadov vurğuladı ki, bu ilin sonunadək AHİK yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması, hər kəsə bərabər şəraitin yaradılması  məqsədilə “Skorinq” sistemi qurmağı planlaşdırır. Bu sistemlə vətəndaşlar bal sisteminə əsasən seçiləcəklər.

Bundan başqa, Həmkarlar İttifaqları Konfederasiyası yaxın vaxtlarda AHİK+ layihəsini həyata keçirəcək. Layihə sosial tərəfdaşlarla birgə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. “AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri və yeni üzvlüyə qoşulanlar üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur.

Sonra çıxış edənlər AHİK-in beynəlxalq əlaqələri, idman təşkilatları, akademiya təhsilindəki yeniliklər, üçtərəfli sazişin detalları və digər sahələrə aid yeniliklərdən bəhs etdilər. 

Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev abituriyentləri rəhbərlik etdiyi qurumda təhsillərini davam etdirməyə çağırdı. Onun sözlərinə görə, akademiyada aparılan islahatlar, yaradılan şərait burada təhsil alanların işlə təmin olunması, onların gələcək fəaliyyətlərində müsbət təsir göstərəcək. Qeyd olundu ki, son 1 ildə AHİK-də aparılan islahatları ölkə ictimaiyyəti razılıqla qarşılayır.

Sonda AHİK rəsmiləri jurnalistləri maraqlandıran suallara cavab verdilər. 

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri