Icma.az
close
up
RU
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib FOTOLAR

AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib FOTOLAR

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Zəfər Günü münasibətilə tədbir keçirilib.
AHİK-in “Abşeron” sanatoriyasında təşkil olunan bayram tədbirində Konfederasiyanın rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, həmçinin şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.
Əvvəlcə tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan AHİK sədri Sahib Məmmədov Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindən danışıb. Bildirib ki, “Dəmir yumruq” əməliyyatında qəhrəman Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə işğala son qoydu, Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Qeyd olunub ki, Ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır və əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı dillər əzbəridir. Onun sözlərinə görə, 2023-cü ildə bir günlük antiterror tədbiri Ordumuzun artan gücünü, qüdrətini bir daha nümayiş etdirdi və bütün ölkə ərazisində dövlətimizin suverenliyi tam təmin edildi.
Hazırda Şərqi Zəngəzur və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən də danışan Konfederasiya sədri bütün bunları Azərbaycan yalnız öz maddi imkanları hesabına həyata keçirdiyini deyib. O həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri, o cümlədən dini irsimizin, mədəniyyət abidələrimizin bərpası istiqamətində atılan addımları qeyd edib və əlavə edib ki, bu nəcib missiya Mehriban xanım Əliyevanın Vətənə olan sonsuz sevgisinin təzahürüdür.
Birinci Qarabağ müharibəsinin iştirakçısı, AHİK-in baş mütəxəssisi Aqşin Əliyev bildirib ki, 2003-cü ildə keçirilən prezident seçkilərində səsini cənab İlham Əliyevə verən xalq seçimində yanılmayacağını bilirdi, müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri məhz layiqli varisinin yerinə yetirəcəyinə əmin idi. Vurğulayıb ki, dövlətimizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində gündən-günə güclənən Azərbaycan Ordusu, mərd əsgər və zabitlərimiz əsil qəhrəmanlıq dastanı yazdılar. 2023-cü ildə isə Ağdərə, Xocalı, Xankəndidə bayrağımızın ucaldılması Qarabağ salnaməsinin zirvə nöqtəsi oldu.
Sonra çıxış edən AHİK-in şöbə müdirinin müavini, Vətən müharibəsinin iştirakçısı, zabit Ruslan Bağırov qeyd edib ki, Azərbaycan möhtəşəm Zəfəri ilə təkcə döyüş meydanında deyil, həm də beynəlxalq diplomatiyada da öz sözünü deməyi bacardı. Bildirib ki, dövlətimizin başçısı məşhur telekanallara, xəbər agentliklərinə verdiyi müsahibələrində Azərbaycanın ədalətli mövqeyini ortaya qoydu.
Çıxışlardan sonra Bakı Media Mərkəzinin hazırladığı “Zəfər Meydanı” filmi nümayiş etdirilib.
Tədbir bədii hissə ilə davam edib. Əməkdar artist Gülüstan Əliyeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım-Nicat və Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solisti Mirələm Mirələmovun ifasında vətənpərvər ruhda mahnılar səsləndirilib. Bədii qiraət ustası, professor Ağalar Bayramov isə qələbə ruhlu şeirlər oxuyub. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see128

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see128

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see127

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see126

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see125

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see123

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see123

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see120

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see120

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see120

Rusiya Federasiya Şurasından Avropa İttifaqına sərt cavab

16 Aprel 2025 09:13see119

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see119

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see119

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see118

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see118

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see116

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see116

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see115

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see114

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri