Icma.az
close
up
RU
Ahıllar evinin sakinləri Bakıda keçiriləcək “Gimnastika hamı üçün” növü üzrə “Challenge” turnirinə hazırlaşırlar

Ahıllar evinin sakinləri Bakıda keçiriləcək “Gimnastika hamı üçün” növü üzrə “Challenge” turnirinə hazırlaşırlar

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 iyun, AZƏRTAC

Ahıllar evinin sakinləri Bakıda keçiriləcək “Gimnastika hamı üçün” növü üzrə üçüncü beynəlxalq “Challenge” turnirinə hazırlıqlarını davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin yarışda iştirak edəcək sakinləri Rəna Manafovanın rəhbərliyi ilə intensiv məşqlər keçirlər.

Onlar məşq zamanı müxtəlif rəqslər, fləşmob çıxışları və sadə akrobatik hərəkətlər icra ediblər.

Məşqçi R.Manafova bu layihənin bir parçası olduğu üçün qürur hissi keçirdiyini bildirib: “İdman yaşa baxmır. İnsanlar yaşından, fiziki durumundan asılı olmayaraq, idmanla məşğul ola bilərlər. Bu, ahıllarımızın hazırlaşdığı sayca üçüncü turnirdir. Bütün yarışlara yüksək səviyyədə hazırlıq görürlər. Hətta, onların fanatları da var. Həmin insanlar səbirsizliklə bizim ahıllarımızın çıxışını gözləyirlər”.

SSRİ idman ustası proqramların hər il çətinləşdiyini söyləyib: “İlk turnirdəki proqramımız nisbətən daha asan idi. Lakin növbəti yarışlarımızda fərqli musiqilərdən istifadə etdik və daha çətin hərəkətlər nümayiş etdirdik”.

“Gimnastika hamı üçün” növü üzrə komandanın 79 yaşlı üzvü Validə Həsənova isə belə yarışlarda iştirak etməyin əhvali-ruhiyyəsini yüksəltdiyini vurğulayıb: “Mən ötən il də bu turnirə qatılmışdım. O zaman da çox yaxşı hazırlıq keçmişdik. Gələn il 80 yaşım olacaq. Amma özümə söz vermişəm ki, növbəti illərdə də bu turnirdə iştirak edəcəyəm. Biz Rəna xanımın olmadığı günlərdə belə məşqlər edirik. Mən futbol da, voleybol da oynayıram. Çünki idmanla məşğul olmaq enerjimi artırır, özümü daha gümrah və pozitiv hiss etməyimə səbəb olur”.

Xatırladaq ki, iyunun 28-29-da Dənizkənarı Milli Parkda təşkil olunacaq “Challenge”də 5 müxtəlif ölkənin 48 komandası yer alacaq. İştirakçılar iki yaş kateqoriyası (50 yaşdan aşağı və 50 yaşdan yuxarı) üzrə proqramlarda çıxış edəcəklər.

Tədbir ustad dərsləri, komandaların rəngarəng çıxışları və əyləncə proqramları ilə yadda qalacaq.

Qeyd edək ki, bu layihənin məqsədi ahıl şəxslərin fiziki aktivliyini artırmaq, onların sosial həyata inteqrasiyasını dəstəkləmək və sağlam həyat tərzini təşviq etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri