Aİ 18 ci anti Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Slovakiyanın bugünkü Xarici Əlaqələr Şurasındakı mövqeyinə görə tərəflərin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədiklərini bildirib.
“Report”un Avropa Bürosunun məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Şuranın iclasının yekunlarına dair mətbuat konfransında deyib.
“Biz çox yaxın idik, amma təəssüf ki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yekun olaraq təsdiq edə bilmədik. Slovakiya bundan imtina etdi. AK prezidenti ölkənin baş nazirinə onu maraqlandıran məsələlərdə ölkəyə dəstəyin necə təmin olunacağına dair təkliflərlə məktub göndərdi. İndi top Slovakiyadadır”, - Kallas qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 15 İyul 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















