Icma.az
close
up
RU
Aİ 90 günlük tarif fasiləsində həll yolu tapmaq istəyir

Aİ 90 günlük tarif fasiləsində həll yolu tapmaq istəyir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Avro Qrupunun prezidenti və İrlandiyanın maliyyə naziri Paşal Donohoe, ABŞ-ın tariflərlə bağlı verdiyi 90 günlük fasilənin bir fürsət pəncərəsi olduğunu və bu müddət ərzində alternativ həll yolları tapmağa çalışacaqlarını söyləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Donohoe, Aİ-yə sədrlik edən Polşanın paytaxtı Varşavada keçirilən Avrozona ölkələrinin maliyyə nazirlərinin toplantısının girişində mətbuata açıqlama verərkən bildirib.

Donohoe, bu gün keçiriləcək Avro Qrupu toplantısında qlobal iqtisadiyyatda baş verən dəyişiklikləri qiymətləndirəcəklərini və ABŞ-ın tariflərinin Avro Bölgəsinin performansına təsirlərini və üzərində çalışdıqları digər planları müzakirə edəcəklərini bildirib.

Nazir Avro Bölgəsinin büdcə, rəqabət qabiliyyəti, rəqəmsal avro, investisiya birliyi kimi mövzularda müxtəlif əhəmiyyətli layihələri olduğunu və gündəmdə çoxlu dəyişiklik olsa belə bu mövzularda işlərin davam edəcəyini açıqlayıb.

O, AB Komissiyasının sədri Ursula von der Leyenin ABŞ tarifləri ilə bağlı masada bir çox fərqli variantın olması fikrində olduğuna diqqət çəkdi: “Biz əvvəlcə danışıqlar aparmaq və dünyada baş verən hadisələrə mütənasib və strateji cavab vermək istəyirik”,- deyib.

Qarşılaşdığı kommersiya problemlərinin həlli üçün danışıqların doğru yol olduğuna diqqət çəkən Donohoe, AB ölkələrinin bu məsələdə birlikdə hərəkət edəcəklərini söyləyib.

Avro Bölgəsinə üzv dövlətlərin nazirlərinin koordinasiyalı cavab vermək üçün yaxından çalışdıqlarını qeyd edən nazir, ABŞ-dakı potensial ticarət artımına uyğun zamanda və uyğun şəkildə cavab verəcəklərini söyləyib.

Donohoe ABŞ-ın 90 günlük tarif fasiləsi haqqında: “Biz indi əldə etdiyimiz fasiləni çox alqışlayırıq, çünki bu, bir fürsət pəncərəsi təqdim edir. Biz indi bu 90 gündən ABŞ-la konstruktiv əlaqə qurmaq və alternativ yol haqqında danışıqlar aparmaq üçün istifadə edəcəyik”, - deyib. Donohoe aşağı artım və yüksək inflyasiya kimi risklərdən qaçınmağın vacibliyinə diqqət çəkib.

Dünən AB Komissiyasının sədri von der Leyen də ABŞ prezidenti Donald Trampın Çindən başqa ticarət tərəfdaşlarına əlavə rüsumları 90 gün müddətinə dayandırdığını elan etdikdən sonra danışıqlara şans vermək istədiklərini açıqlayıb: “Üzv dövlətlərimizin güclü dəstəyini aldığımız Aİ-nin əks tədbirlərinin qəbulunu yekunlaşdırarkən biz onları 90 gün müddətinə dayandıracağıq”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri