Icma.az
close
up
RU
Aİ Amerikanın yaratdığı rifah çərçivəsində tənbəlləşib: Trampın təklif etdiyi layihələr qəbul olunacaq?

Aİ Amerikanın yaratdığı rifah çərçivəsində tənbəlləşib: Trampın təklif etdiyi layihələr qəbul olunacaq?

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin fövqəladə sammiti keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, sammit ABŞ-nin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsi kontekstində baş tutacaq. Məlumata görə, hətta Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin səfirləri Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Bu qadağalar dronların və onlar üçün hissələrin idxalına, bank sektoruna və Rusiyada dağ-mədən sənayesinə investisiya qoyuluşuna şamil
olunub.

Maraqlıdır ki, sözügedən sammit Ukrayna münaqişəsinin həlli ilə bağlı hansısa dəyişikliyə səbəb ola biləcəkmi?

Politoloq Turan Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sözügedən sammitin heç bir nəticəsi olmayacaq:

"Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsinin həllində hansısa qərar verəcəyi və ya verəcəyi qərarın ABŞ-nin qərarlarına təsir edəcəyi real görünmür. Faktiki olaraq, Tramp adminstrasiyası Ukraynanın qarşısına konkret bir saziş qoyub və Rusiya ilə bu sazişin detallarını müzakirə edib. Yəni, ABŞ sazişin müzakirəsini yalnız Rusiya ilə aparır. Bunun önəmli səbəbi Rusiya prezidenti Vladimir Putinlə bağlıdır. Çünki Putini sazişlə bağlı razı salmaq Ukrayna prezidenti Volodimr Zelenskini razı salmaq daha çətindir".

Avropa ölkələrinin ABŞ-yə qarşı birləşməsinə də toxunan T.Rzayevin fikrincə, Avropa İttifaqı Amerikanın yardımlarına möhtacdır və Amerikanın yaratdığı rifah çərçivəsində tənbəlləşib.

"Avropanın siyasəti və hərbi sistemi Amerikasız çətindir. Bu baxımdan gec və ya tez Trampın təklif etdiyi layihələri qəbul etməli olacaq. Amerika olmadan belə, Avropa İttifaqı ölkələrinin Ukraynaya müharibəni davam etdirmək üçün göstərdiyi yardımlar uzunmüddətli ola bilməyəcək”.

Turab Rzayev: Avropa İttifaqı Amerikanın yardımlarına möhtacdır

Müsahibimiz qeyd edib ki,  Rusiya-Ukrayna müharibəsinin 3 il davam etməsinin səbəbi ABŞ-nin Kiyevə dəstəyi fonunda baş tutub. Söhbət maliyyə və hərbi dəstəkdən gedir. Bundan başqa, Ukrayna xalqının əzmini də unutmaq olmaz.

Politoloq hesab edir ki, Aİ ölkələri bir müddət Trampın qərarlarına qarşı çıxa bilər. Lakin nəticə etibarilə Trampın istəyini qəbul edəcəklər:

"Fikrimcə, Ukrayna Trampın qərarına müqavimət göstərməməlidir. Çünki mövcud şərtlər və reallıqlar Kiyevin əleyhinədir. Ukrayna müvəqqəti də olsa, ən az itki ilə müharibəni bitirməlidir. İnadkar mövqe sərgiləyərək vəziyyəti daha da çətinləşdirməkdənsə, mövcud şərtlərlə sülhə getmək prosesin gələcəyi baxımından daha uyğun addımdır".

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri