Icma.az
close
up
RU
Aİ casusları Qazaxla SƏRHƏDDƏ Delimitasiya da təxribatlara mane olmur...

Aİ casusları Qazaxla SƏRHƏDDƏ Delimitasiya da təxribatlara mane olmur...

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.
Ermənistan sərhədində yerləşən və fəaliyyət müddəti daha 2 il uzadılan Avropa İttifaqı missiyası artıq Azərbaycanın Qazax rayonu ərazisində sərhədin delimitasiya olunmuş bölgələrində də casusluqla məşğul olur. Belə ki, bu dəfə onların daha bir qrupu Qazax rayonu istiqamətinə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:
Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?


Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.
Qeyd edək ki, sözügedən missiya Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərir. Onlar indi də artıq sərhədin delimitasiya və demarkasiya edilmiş hissələrində belə kəşfiyyatçılıqla məşğuldurlar. Bu halın özü də missiyanın sözün həqiqi mənasında casusluqla məşğul olduğuna işarədir.
Aİ və Ermənistan razılaşmaları belə heçə sayırlar?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirir ki, bu kimi xoşagəlməz vəziyyət, təxribatlar Ermənistan üçün çox ağır nəticələrə səbəb olacaq:
“Ermənistanın bütün davranışı anormaldır və heç bir proqnoza sığmır. Paşinyandan başlamış Mirzoyana qədər hər biri ən müxtəlif pltformalarda sülhə hazır olduqlarından danışırlar. Lakin əməllərində revanşizmdən yenə də əl çəkmirlər. Avropa İttifaqının kəşfiyyat qrupları vasitəsilə informasiya əldə etmək, Hindistan, ABŞ, Fransadan hücum silahları alaraq özünü müharibəyə, eskalasiyaya hazırlamaq kimi görünən Ermənistanın nə etmək istədiyini birmənalı şəkildə qiymətləndirmək, doğrudan da, olduqca çətindir”.
Partiya sədri qeyd edir ki, ermənilər və onların havadarlarının nədən başlayıb, harada qurtarmaqla bağlı aydın proqramları yoxdur:
“Bu da təbiidir. Çünki Ermənistan ənənəsi olmayan “dövlət”dir. Ermənilər Qafqazda aborigen deyillər. Ermənilər indiki tarixi torpaqlarımıza Rusiya imperiyası tərəfindən köçürülüblər. Onlar geopolitik layihə olan Ermənistan dövləti yaradaraq, ondan öz imperiya maraqlarına xidmət üçün istifadə etdilər. Nəticədə qondarma Ermənistan dövləti yaradıldı. Ona görə də bu cür qeyri-müəyyənlik əslində ermənilərin mahiyyətindən, ruhundan doğur”.
“Təxribatların nəticəsi ağır olacaq”
F.Ağamalı deyir ki, Ermənistanın fəaliyyətində Azərbaycanla münasibətləri səmimi şəkildə normallaşdırmaq xəttini görmürük:
“Avropa İttifaqının da öz maraqları var. Xüsusən də, Fransa burada ciddi cənfəşanlıq edir. Onlar Azərbaycanın güclü olmasını, Türk dünyasının vahid olmasını istəmir. Bu səbəbdən Ermənistana təlimatlar verir. Müşahidəçi adı altında gələnlərin hər biri də Aİ-nin ayrı-ayrı ölkələrinin hərbi, kəşfiyyat, hüquq-mühafizə orqanlarında çalışan insanlardır. Bu gələnlər də həm özləri üçün informasiya toplayır, həm də Ermənistana lazım olan informasiyanı ötürürlər.
Qazax rayonu istiqamətində artıq sərhəd çəkilib, hər iki tərəfdə dirəklər qoyulub. Belə olan halda həmin qrupun burada nə işi var, məqsədləri nədir? Onlar özbaşına hərəkət edirsə, çox pis. Ermənistanın razılığı ilə hərəkət edirsə, daha çox pis. Azərbaycan dövləti prosesin fərqindədir. Prosesi izləyir, onların hərəkətləri diqqət mərkəzindədir. İstənilən xoşagəlməz vəziyyət, təxribatlar Ermənistan üçün çox ağır nəticələr verəcək. Buna heç kimin şübhəsi olmasın”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Fevral 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri