Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Aİ də kompromis büdcə axtarışı

Aİ də kompromis büdcə axtarışı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Brüssel maliyyə “düyünü”nü necə açacaq?

Əvvəlki yazımızda qeyd etmişdik ki, Avropa İttifaqında növbəti yeddiillik büdcə ilə bağlı danışıqlar qurum daxilində kifayət qədər parçalanma yaradıb. Söhbət Aİ-nin qarşıdakı illərdə hansı istiqamətlərə üstünlük verəcəyindən və bu prioritetlərin maliyyə yükünün üzv dövlətlər arasında necə bölüşdürüləcəyindən gedir. Müdafiə və təhlükəsizlik xərclərinin artması, iqtisadi rəqabət qabiliyyətinin qorunması, sənaye siyasətinin maliyyələşdirilməsi və digər strateji istiqamətlər Brüsselin qarşısına əvvəlkindən daha böyük maliyyə ehtiyacı qoyur. Lakin həmin vəsaitin haradan əldə ediləcəyi məsələsində üzv dövlətlər arasında fikirayrılığı qalmaqdadır.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın son açıqlamaları məhz bu ziddiyyəti üzə çıxarır. O, 25 üzv ölkənin paytaxtına səfərlərindən sonra bildirib ki, İttifaqın yeni resursları yaradılmasa, Aİ büdcəsinin maliyyələşdirilməsi üçün üzv dövlətlərdən daha çox vəsait tələb olunacaq. Koştaya görə, qazanılan töhfələrin məqbul həddə saxlanılması üçün Aİ-nin əlavə və etibarlı gəlir mənbələrinə ehtiyacı var. Başqa sözlə desək, prosesdə əsas problem yeni verginin tətbiqinin siyasi nəticəsidir. Milli hökumətlər Brüsselə əlavə vəsait ayırmağa razı olduqda, bunu öz ölkələrinin büdcəsi və vergi ödəyiciləri qarşısında izah etməlidirlər. Ona görə də Aİ səviyyəsində yeni maliyyə mənbəyinin yaradılması üzv dövlətlər üçün həm ümumi büdcə məsələsi, həm də daxili siyasi məsuliyyət kimi qiymətləndirilir.

Tütün vergisi ətrafında yaranan mübahisə bunu aydın göstərir. Tütün məhsulları artıq bütün Aİ ölkələrində milli səviyyədə vergiyə cəlb olunur. Belə bir sahəyə Aİ miqyasında əlavə vergi tətbiq edilməsi yeni gəlir yaratmaq əvəzinə, milli hökumətlərin əldə etdiyi gəlirin bir hissəsinin Brüsselə yönəlməsinə səbəb ola bilər. Sözsüz ki, belə olan halda, üzv dövlətlərin bir qisminin narazılığının artması qaçılmazdır. Koştanın yanaşmasına görə, yeni resurs milli gəlirin başqa səviyyədə toplanmasına çevrilməməlidir. Əgər vergi indiyədək kifayət qədər vergiyə cəlb olunmayan sahəyə tətbiq edilirsə, Aİ üçün həqiqətən əlavə gəlir yaranır. Onun elektron siqaretlərlə bağlı nümunəsi də eyni məntiqə əsaslanır. Bir sıra ölkələrdə həmin məhsulların vergiyə cəlb edilməməsi onları potensial yeni gəlir mənbəyi kimi gündəmə gətirir.

Məsələnin siyasi tərəfi Aİ daxilindəki köhnə maliyyə bölgüsü mübahisəsini yenidən gündəmə gətirir. Büdcəyə daha çox vəsait köçürən ölkələr maliyyə yükünün artmasını istəmirlər. Amma paraleldə, yeni strateji prioritetlərinin maliyyələşdirilməsi üçün Aİ-nin daha böyük büdcəyə ehtiyacı olduğu bildirilir. Yaranmış ziddiyyət xüsusilə növbəti büdcənin həcmi məsələsində özünü büruzə verir. Avropa Komissiyasının təklif etdiyi təxminən 2 trilyon avroluq yeddiillik maliyyə çərçivəsi Aİ-nin gələcək prioritetlərinin miqyasından xəbər verir. Lakin büdcənin böyük olması onun avtomatik qəbul ediləcəyi anlamına gəlmir. Əsas mübahisə məbləğin hansı mənbələr hesabına formalaşdırılacağı və üzv dövlətlərin üzərinə nə qədər əlavə yük düşəcəyidir.

* * *

Bu məqamda Aİ-nin qərarvermə mexanizminin siyasi xüsusiyyəti də ön plana çıxır. Büdcə üzrə razılaşma ayrı-ayrı hökumətlərin maliyyə maraqlarının uzlaşdırılmasını tələb edir. Hər bir paytaxt ümumi Avropa prioritetlərini dəstəkləməklə yanaşı, öz büdcə imkanlarını və daxili siyasi reallıqları nəzərə alır. Buna görə Brüssel üçün optimal maliyyə modeli ilə bütün üzv dövlətlərin qəbul edə biləcəyi siyasi kompromisi eyniləşdirmək olmaz.

2027-ci ildə Fransa, İtaliya, İspaniya və Polşada keçiriləcək seçkilər prosesi daha həssas edir. Seçki kampaniyaları yaxınlaşdıqca, milli hökumətlərin Aİ büdcəsinə əlavə maliyyə öhdəliklərini müdafiə etməsi siyasi baxımdan daha çətin ola bilər. Ona görə də ilin sonunadək razılaşma əldə etmək Brüssel üçün həm də siyasi imkan pəncərəsinin qorunması deməkdir. Koştanın açıqlamalarından görünən əsas məqam budur ki, Aİ rəhbərliyi üzv dövlətlərin töhfələrini əhəmiyyətli dərəcədə artırmadan büdcəyə əlavə vəsait cəlb etməyin yollarını axtarır. Bunun üçün isə bütün ölkələrin maraqlarını nəzərə alan yeni resurs paketi hazırlanmalıdır. Koşta mövcud təkliflərin üzv dövlətlərin narahatlıqlarına uyğun şəkildə dəyişdirilə biləcəyini də istisna etmir.

Məsələ barədə ekspertlərin də fikirləri xüsusi diqqət çəkir. “Euractiv”ə danışan iqtisadçı Jolt Darvaş bildirib ki, Aİ-nin yeni resursları milli büdcələr üçün əlavə maliyyə yaratmayacaq. Onun sözlərinə görə, təklif olunan mənbələrin əksəriyyətinin maliyyə yükü nəticə etibarilə yenə milli büdcələrə düşəcək. Darvaşın fikirləri Antonio Koştanın yanaşması ilə birbaşa ziddiyyət təşkil edir. Aİ Şurasının Prezidenti hesab edir ki, töhfələri məqbul səviyyədə saxlamaq üçün Brüssel yeni gəlir mənbələri yaratmalıdır. Darvaş isə problemin mahiyyətinin verginin kimin tərəfindən toplanmasından çox, son nəticədə bu pulun hansı milli büdcələrdən çıxdığında olduğunu vurğulayır.

İqtisadçının yanaşmasını başa düşmək üçün Aİ büdcəsinin maliyyələşmə mexanizminə baxmaq vacibdir. Yeni resursların Aİ səviyyəsində toplanması avtomatik olaraq Avropada yeni maliyyə sisteminin yaradılması anlamına gəlmir. Daha dəqiq desək, əgər həmin gəlir milli büdcəyə daxil olan vəsaitin Brüsselə yönləndirilməsi hesabına formalaşırsa, ümumi maliyyə yükü aradan qalxmır. Sadəcə, pulu kimin topladığı və hansı ölkənin nə qədər ödədiyi dəyişir.

Deməli, qarşıdakı aylarda Aİ büdcəsi ətrafında mübahisə maliyyə məsələsindən çox siyasi kompromis məsələsinə çevriləcək. Hazırda Brüssel bir tərəfdən Avropanın artan təhlükəsizlik və iqtisadi ehtiyaclarına cavab verəcək qədər böyük maliyyə imkanları yaratmağa, digər tərəfdən isə milli hökumətlərin əlavə maliyyə yükünə qarşı müqavimətini nəzərə almağa çalışır. Yekun razılaşmanın necə formalaşacağı Aİ-nin 2028–2034-cü illər üzrə maliyyə siyasəti ilə yanaşı, üzv dövlətlərlə Brüssel arasında maliyyə məsuliyyətinin gələcək modelini müəyyənləşdirəcək.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri