Aİ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Berlin, 29 yanvar, AZƏRTAC
Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib. O, X platformasındakı paylaşımında bildirib ki, Aİ xarici işlər nazirləri İranın İnqilab Keşikçilərini terror təşkilatı kimi tanımaqla qətiyyətli addım atıblar.
Nazirlərin İrana qarşı qəbul etdikləri yeni sanksiyalar paketi bu ölkədəki etirazların zorakılıqla yatırılmasında iştirak edən 20 şəxs və quruma qarşı yönəlib. Həmin şəxslərin arasında daxili işlər naziri Eskandar Momeni, baş prokuror Məhəmməd Movahhedi-Əsəd və təhlükəsizlik polisinin rəhbəri Seyyed Məcid Feyz Cəfəri də var.
Yeni qərara əsasən, Aİ vətəndaşlarına və şirkətlərinə bu şəxslərə maliyyə vəsaiti təqdim etmək qadağan olunur. Həmçinin sanksiyaya məruz qalan şəxslərin Aİ-yə giriş qadağan edilib. Bundan əlavə, Aİ-dən İrana ixracı qadağan edilən malların siyahısının genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu 1979-cu il İslam İnqilabından sonra şiə hakimiyyət sistemini qorumaq məqsədilə yaradılıb. Ölkə daxilində böyük nüfuza malik olan bu qurum iqtisadiyyatın və silahlı qüvvələrin geniş sahələrinə, eləcə də İranın raket və nüvə proqramlarına nəzarət edir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 29 Yanvar 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















