İran İslam İnqilabı Keşikçiləri Korpusunun yeni kəşfiyyat rəisi təyin edib
Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
İranın ali dini lideri Ayətullah Əli Xamenei respublika silahlı qüvvələrinin elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yeni kəşfiyyat rəhbəri təyin edib. Briqada generalı Məcid Xadəmi idarənin yeni rəisi olub.
“Tehran Tayms” qəzeti yazır ki, “Briqada generalı Məcid Xademi İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının yeni rəhbəri təyin edilib”.
Xademi İsrailin İrandakı hədəflərə hücumları zamanı öldürülən Məhəmməd Kazemini əvəz edib.
“Tasnim” agentliyi xəbər verir ki, bundan əlavə, briqada generalı Məhəmməd Kərəmi (quru qoşunların komandanı) SEPAH-ın yeni rəhbəri olub.
Xatırladaq ki, İsrailin İran ərazisinə endirdiyi zərbələrin ilk günlərində SEPAH komandiri Hüseyn Səlami və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri öldürülüb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 20 İyun 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















