Aİ Komissiyası Qəzzanın yenidən qurulması üçün ianə platforması yaradacaq
Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.
Avropa İttifaqının (Aİ) Aralıq dənizindən məsul komissarı Dubravka Suica Qəzzanın yenidən qurulması üçün lazım olan maliyyəni toplamaq üçün ianə platforması təşəbbüsü başladacaqlarını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Suica, Aİ-nin Fələstin rəhbərliyinə dəstək üçün “iqtisadi islahat paketi” hazırladığını və paketin detallarının bu gün Fələstin Baş naziri Məhəmməd Mustafa ilə görüşdən sonra açıqlanacağını bildirib.
Suica qeyd edib ki, fələstinlilərə yardım göstərilməli olduğu halda, ələ keçirdiyi Fələstinin vergi gəlirlərinin sərbəst buraxılması üçün İsrailə siyasi təzyiq də göstərilməlidir.
Qəzzanın yenidən qurulması üçün məsuliyyət daşımağa hazır olduqlarını ifadə edən Suica, atəşkəsin bərpasının səylərin davam etdirilməsi üçün ilkin şərt olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 14 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















