Aİ Moldovanın müdafiə qabiliyyətinin güclənməsinə 60 milyon avro ayıracaq
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Bu il Avropa İttifaqı (Aİ) Moldovanın müdafiə qabiliyyətini gücləndirmək üçün 60 milyon avro ayıracaq.
AZƏRTAC “Moldova1” telekanalına istinadla xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta Kişineuya səfəri zamanı regionun təhlükəsizliyinə Avropanın dəstəyinin vacibliyini vurğulayıb.
O deyib: “Biz Moldova Respublikasını dəstəkləyirik ki, o, öz müstəqilliyini müdafiə etsin və gələcəyini seçmək azadlığına malik olsun. Birliyimizə gedən ümumi yolumuzu təmsil edən gələcəyə”.
Xatırladaq ki, ötən ilin sonunda parlament ölkə Prezidenti Maya Sandunun təşəbbüsü ilə Milli Təhlükəsizlik Strategiyasını təsdiqləyib.
O, 2030-cu ilə qədər müdafiə xərclərinin ümumi daxili məhsulun bir faizinə çatdırılmasını nəzərdə tutur. Yeni Strategiya milli təhlükəsizlik risklərinin reallaşmasının qarşısının alınmasına, habelə Avropaya inteqrasiya prosesinin və tərəfdaş dövlətlərlə əməkdaşlığın təmin edilməsində dövlətin imkanlarının artırılmasına yönəlib.
Sənədə əsasən, ölkənin təhlükəsizliyinə əsas təhdid və risklər qonşu Ukraynada müharibə, Rusiya qoşunlarının Dnestr çayının sol sahilində qeyri-qanuni yerləşdirilməsi, həmçinin Moskvanın birbaşa və ya vasitəçilər vasitəsilə apardığı hibrid müharibədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 Mart 2025 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















