Icma.az
close
up
RU
Aİ nin enerji təhlükəsizliyi: Bakı praqmatik yanaşma təklif edir

Aİ nin enerji təhlükəsizliyi: Bakı praqmatik yanaşma təklif edir

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın "Hospodárske noviny" (HN) nəşrinə müsahibəsində ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı kimi rolu, Mərkəzi və Şərqi Avropa dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə ətraflı danışıb.

Oxu.Az-ın xəbərinə görə, Hikmət Hacıyev bu regionun Bakının xarici siyasətindəki roluna toxunaraq qeyd edib:

"Mərkəzi və Şərqi Avropa ölkələrini ənənəvi dostlarımız və tərəfdaşlarımız kimi nəzərdən keçiririk. Onlarla tarixən yaranmış əlaqələrimiz və dostluq münasibətlərimiz var, xüsusən də söhbət Çexiya və Slovakiya kimi ölkələrdən gedir. İyun ayında Praqada keçiriləcək "Globsec" təhlükəsizlik konfransında iştirak etmək fürsətinə görə çox təşəkkür edirəm. Bəzən diplomatik və yüngül yumorla qeyd edirik ki, Slovakiya və Çexiyadan olan dostlarımızla dialoq aparmaq bizim üçün çox rahatdır, axı bir-birimizi gözəl başa düşürük. Bizim çoxlu ortaq cəhətlərimiz var, oxşar çağırış və çətinliklərlə üzləşirik. Bu mənada demək olar ki, siz bizim üçün vacib tərəfdaşlarsınız, onların vasitəsilə Avropa İttifaqına və digər beynəlxalq qurumlara mesajlarımızı çatdıra bilərik. Bütün bu aspektləri nəzərə alsaq, nəticə aşkardır: Mərkəzi Avropa ölkələri etibarlı tərəfdaşlarımızdır".

Jurnalistlər ötən ilin mayında Slovakiyanın Baş naziri Robert Fitsonun Bakıya səfərini xatırladıblar. Həmin vaxt baş naziri əsasən energetika və müdafiə sektorundan olan 40-dan çox sahibkardan ibarət nümayəndə heyəti müşayiət etmişdi. Azərbaycanın Avropa ölkələri ilə əlaqələrində enerjinin əhəmiyyəti ilə bağlı sualı cavablandıran Hikmət Hacıyev bildirib:

"Bəli, şübhəsiz. Nəticə etibarilə məhz enerji sayəsində Slovakiya və digər ölkələrlə çox yaxşı təmaslarımız qurulub. Amma vurğulamaq istərdim: münasibətlərimiz tarixi kontekstə əsaslanır. Əvvəllər də aramızda çoxlu insani və siyasi əlaqələr olub. Bu ənənəvi zəmin əsasında iqtisadi və ticarət əlaqələrini fəal şəkildə inkişaf etdiririk. Enerji isə Azərbaycanın Avropa İttifaqı ölkələri əməkdaşlığının və tərəfdaşlığının əsas elementi qismində çıxış edir".

Prezidentin köməkçisi enerji sektorunda cari qarşılıqlı əlaqə məsələsi üzərində ayrıca dayanıb:

"Azərbaycan qazı Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropa bazarına tədarük edilir. Bu gün Azərbaycan Avropanın səkkiz ölkəsinə qaz tədarük edir, ümumilikdə isə 12 Avropa ölkəsi ondan istifadə edir. Biz etibarlı tərəfdaş olduğumuzu dəfələrlə sübut etmişik. Üstəlik, qaz və energetika sahəsində əməkdaşlıq heç bir siyasi mətnaltı məna olmadan həyata keçirilir - bu, yalnız kommersiya məsələsidir, sırf biznesdir. Eyni zamanda, şübhəsiz ki, tərəfdaşlarımızın enerji təhlükəsizliyində maraqlıyıq".

2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra enerji sahəsində əməkdaşlıq güclənibmi sualını cavablandıran Hikmət Hacıyev qeyd edib:

"Şübhəsiz. 2022-ci ildə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycana səfər etdi. Bu, demək olar ki, Rusiya-Ukrayna müharibəsi başlayandan dərhal sonra baş verdi. Həmin vaxt Avropa İttifaqının yeni enerji impulsuna kəskin ehtiyacı yarandı və onun həllində Azərbaycan mühüm rol oynadı. Biz Avropanı lazımi qaz tədarükləri ilə təmin etdik. Baş nazir Fitsonun Bakıya səfəri də bu müzakirələrin tərkib hissəsi idi".

Azərbaycanın Aİ ilə enerji tərəfdaşlığını gələcəkdə gücləndirmək üçün addımlarından danışan prezidentin köməkçisi deyib:

"Dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, Aİ ilə imzaladığımız Anlaşma Memorandumu əsasında yeni strateji enerji kooperasiyası qurmaq istəyirik. Lakin bunu həyata keçirmək üçün uzunmüddətli müqavilələr lazımdır. Top hazırda Avropa İttifaqının tərəfindədir. Biz sadəcə onun cavabını gözləyirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyul 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri