Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Aİ nin Ermənistana dəstəyi: İrəvan strateji risklərlə üzləşə bilər

Aİ nin Ermənistana dəstəyi: İrəvan strateji risklərlə üzləşə bilər

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Avropa İttifaqının (Aİ) Cənubi Qafqazla bağlı siyasətində bir fəallıq müşahidə olunur. Xüsusilə Ermənistana yönəlik siyasi gündəm genişləndirilir. Bu məqsədlə ikitərəfli əməkdaşlığa dair artıq strateji gündəlik qəbul edilib. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bu barədə məlumat verib. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının gücləndirilməsi və diversifikasiyası, qanunun aliliyinin təmin olunması, viza liberallaşdırılması və təhlükəsizliklə bağlı əməkdaşlığı gücləndirmək istəyirlər. Xanım Kallas, həmçinin bildirib ki, 2025-ci il Aİ-Ermənistan münasibətləri üçün çox mühüm olub.

Qeyd edək ki, Aİ-nin genişlənmə məsələləri üzrə ali komissarı Marta Kos hələ bir müddət əvvəl Ermənistan və Aİ arasında yeni strateji tərəfdaşlıq gündəliyinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı əhatə edəcəyini bildirib. O əlavə edib ki, Aİ qarşıdakı parlament seçkiləri ərəfəsində mümkün hibrid təhdidlər, dezinformasiyanın yayılması və kiberhücumlara qarşı mübarizədə Ermənistana dəstək göstərəcək.

Mirzoyanın Brüsselə səfəri zamanı artıq bu dəstək rəsmiləşdi. Kallas bəyan etdi ki, yuxarıda qeyd edilən məqsədlər üçün Aİ Ermənistana 15 milyon avro yardım ayırır. Onun sözlərinə görə, bu vəsait Ermənistana mina ilə bağlı təlimlərdə və digər etimad qurucu tədbirlərinin maliyyələşdirilməsində kömək edəcək: “Bununla paralel olaraq, Ermənistan digər çağırışlarla da üz-üzədir. Gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya və onun proksiləri Ermənistanda dezinformasiya kampaniyalarını gücləndirir. Biz görürük ki, Moldovada istifadə olunan eyni şəbəkələrdən istifadə edilir. Ermənistana ayırdığımız vəsait həm də xarici müdaxilələrin aşkarlanması, analiz edilməsi və neytrallaşdırılması istiqamətində də xərclənəcək. Xarici müdaxiləyə qarşı müqavimət cəmiyyətin bütün üzvlərinin iştirakı ilə mümkündür. Biz məmnunuq ki, Ermənistanda məhz belə bir vəziyyət formalaşıb. Aktiv vətəndaş cəmiyyəti və müstəqil media son dərəcə önəmlidir”.

Göründüyü kimi, Aİ seçki ərəfəsində Ermənistanı gözləyən təhlükələri, xüsusilə şimaldan gələcək təhdidləri  neytrallaşdırmaqda dəstəyini göstərməyə başlayıb. Ermənistan Qərbə doğru kurs götürdüyünü elan etsə də, hələ ki, Rusiyadan tam qopa bilmir. Moskvanın dominant olduğu Avrasiya İqtisadi İttifaqında və KTMT-də qalmaqda davam edir. KTMT-də fəaliyyətini de-fakto dondursa da, tam olaraq təşkilatı tərk etməyib. Bu gün Ermənistan iqtisadi baxımdan böyük ölçüdə Rusiyadan asılıdır, eyni zamanda 49 illik hərbi müqavilə mövcuddur. Rusiya hərbçiləri Ermənistan ərazisindədir. Bu və digər səbəblər, eyni zamanda mümkün təhlükələr İrəvana Rusiya ilə bağları tam qırmağa mane olur. Ermənistan üçün çıxış yolu Azərbaycanla normallaşma prosesini tam başa çatdırmaq, sülh sazişinin imzalamasıdır. Eyni zamanda, Zəngəzur dəhlizi işə düşdükdən və Türkiyə ilə sərhədlərin açılmasından sonra İrəvan həm siyasi, həm iqtisadi cəhətdən üstünlüklər əldə edəcək, daha müstəqil ola biləcək.

Onu da qeyd edək ki, Aİ komissarı M.Kos bir müddət əvvəl TRIPP layihəsindən danışarkən Aİ-nin ABŞ, Azərbaycan və Türkiyə ilə mümkün iştirakla bağlı danışıqlar apardığını vurğulayıb. O deyib ki, “Tramp marşrutu” (TRIPP) layihəsinin icrası ABŞ və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsaslanır və Aİ bu məsələyə daha geniş regional əlaqəlilik çərçivəsində baxaraq ABŞ-la danışıqlar aparır: “Burada Mərkəzi Asiyadan Avropaya gedən bir yoldan, yəni cəmi 42 kilometrlik yol sahəsindən söhbət gedir. Bizim üçün vacibdir ki, gördüyümüz iş yalnız bu 42 kilometrlik hissə ilə məhdudlaşmasın, həm şərqə, həm də qərbə doğru uzanan bütün istiqamətləri əhatə etsin və bütün bu proseslər paralel şəkildə həyata keçirilsin”.

O, həmçinin qeyd edib ki, Ermənistanın əhatəli əlaqəlilik baxımından ən prioritet hesab etdiyi məsələlərin siyahısını təqdim etməsi üçün Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyana müraciət edib: “Bizim də öz ideyalarımız var. Bu məsələləri Türkiyə və Azərbaycanla müzakirə edirik. Buna görə də işi hissələrə bölməyin mənası yoxdur. Lakin bu kontekstdə Amerika Birləşmiş Ştatlarının əməkdaşlığı və ya iştirakı sadəcə 42 kilometrlik dəmir yolunun tikintisindən qat-qat daha önəmlidir”.

Avropa İttifaqının Ermənistana yönəlik son addımları, İrəvana maliyyə dəstəyi, eyni zamanda, Zəngəzur dəhlizi məsələsində Aİ-nin son bəyanatlarını Milli Məclisin deputatı Hikmət Babaoğlu “525”ə şərhində deyib ki, Ermənistan Avropa İttifaqı ilə münasibətlərdə yeni bir mərhələ yaratmağa cəhd göstərir. Belə görünür ki, Avropa İttifaqı ölkələri də bu məsələdə maraqlıdırlar: “Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Brüsselə səfəri zamanı Aİ və Ermənistan arasında münasibətlər ümumi tərəfdaşlıq səviyyəsindən strateji gündəlik səviyyəsinə qədər qaldırıldı.

Adı strateji gündəlik olmasına baxmayaraq, bu, əlbəttə ki, strateji tərəfdaşlıq istiqamətində atılan addım kimi qiymətləndirilməlidir. Amma bunun üçün görünür, Ermənistanın üzərində xeyli öhdəliklər qoyulacaqdır. Çünki Kaya Kallas dedi ki, Ermənistanın xarici siyasətinin yalnız 37 faizi Avropa İttifaqının mühüm bəyanatları və rəsmi mövqeləri ilə üst üstə düşür. Eyni zamanda, xanım Kallas Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırdı. Bu, Ermənistan üçün çox çətin və çox təhlükəli bir çağırışdır. Çünki Ermənistan Avropa İttifaqının təşviqi ilə növbəti strateji risklərlə üzləşməli olacaq. Ona görə də düşünürəm ki, hələlik bu strateji gündəm Ermənistanda parlament seçkiləri keçirilənə qədər sadəcə kağız üzərində qalacaq”. 

Deputat əlavə edib ki, real addımlar atmaq üçün öz hakimiyyətinin son aylarını yaşayan Paşinyan komandasının belə təhlükəli addımlar atacağını proqnozlaşdırmaq olmaz: “Aİ bu ölkədə seçkilərin keçirilməsi ərəfəsində 15 milyon avro yardım ayırdı. Mümkün informasiya və dezinformasiya təxribatlarına qarşı. Kallas açıq şəkildə ifadə etdi ki, seçki öncəsi mərhələdə Moldovada edilənləri Rusiya Ermənistanda da etmək fikrindədir.

Əlbəttə ki, dəqiq məlumatlar və mənbələr olmasa, Kaya Kallas belə bəyanat verməzdi. Ancaq 15 milyon avronun bu təxribatların qarşısının alınması üçün nə qədər yetərli olması da düşünürəm ki, mübahisə edilə bilər. Nəticə etibarilə 15 milyonla belə təxribatların qarşısının alınması çox çətin görünür. Amma bütün hallarda atılan addımlar Paşinyan komandasına seçki öncəsi dəstək kimi də xarakterizə oluna bilər. Çünki Ararat Mirzoyan görüşdən dərhal sonra dedi ki, bu münasibətləri Ermənistan vətəndaşları üçün Avropaya səyahətdə və Avropa ölkələri ilə münasibətdə konkret nəticələrə gətirmək lazımdır. Bu, təşviqdir. Yəni Ermənistan seçicisi Avropaya getmək-gəlmək, əlaqələr yaratmaq baxımından müəyyən güzəştlər əldə edərsə, əlbəttə ki, o, Paşinyana səs vermək haqqında ehtimal olunan qərarı qəbul edə bilər”.

Zəngəzur dəhlizi məsələsinə gəldikdə deputat deyib ki, Azərbaycan da Avropa İttifaqını Zəngəzur dəhlizi – Tramp marşurutu üzrə əməkdaşlığa dəvət edib. Avropa İttifaqının özündə də belə meyllər var. Onun sözlərinə görə, bu, Ararat Mirzoyanla da müzakirə olunan, amma bir qədər arxa fonda qalan bir məsələni də aktuallaşdır. Avropa İttifaqı Azərbaycan-Ermənistan-Türkiyə arasında dəhlizlə bağlı ayrıca müzakirlərin keçirilməsi gündəliyini də yarada bilər.

Politoloq İlyas Hüseynov isə “525”ə deyib ki, Aİ Cənubi Qafqazda siyasi, təhlükəsizlik məsələlərinə birtərəfli yanaşır, Ermənistanın yanında olmaq niyyətini gizlətmir və qarşıdan gələn parlament seçkilərində bu ölkəyə 15 milyon avro yardım ayrılması həm də qərəzli münasibətin göstəricisi kimi qiymətləndirilə bilər: “Məlumdur ki, kilsə rəhbərliyi və Baş nazir Nikol Paşinyan arasında ciddi ixtilaflar var, fikir ayrı-seçkiliyi hökm sürür.

Paşinyanın komandası kilsə rəhbərliyinə qarşı repressiv addımlar atır, təqib edir. Eyni zamanda, məlumdur ki, kilsə məsələsini ortaya atmaqla kənar geosiyasi mərkəzlər Ermənistanda daxili sabitliyi seçki ərəfəsində pozmaq məqsədi güdürlər. Bu kontekstdə də hibrid təhlükələrin, dezinformasiyanın, kiberhücumların, hibrid hücumların aradan qaldırılması üçün vəsaitin ayrıldığını qeyd etmək olar. Lakin şübhəsiz ki, Azərbaycan da zaman-zaman bu cür təhlükələrlə üz-üzə qalanda, biz Brüssel tərəfindən səxavətli yardımları görmürük. Həmçinin Zəngəzur dəhlizi müstəvisində Avropa İttifaqı öz mövqeyini ortaya qoymağa çalışır, bəyanatlar səsləndirir. Lakin praktiki addımları görmürük. Bu da ikili standartların bariz nümunəsidir. Düşünürəm ki, Cənubi Qafqazda Avropa İttifaqı öz qalıcı maraqlarını təmin etmək məqdsədi güdürsə, məsələyə balanslı yanaşmalı, prioriteti qorumalı, birtərəfli qaydada məsələlərin şərhinə çalışmamalıdır”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri