Icma.az
close
up
RU
Aİ nin Ermənistana ticarət güzəşti

Aİ nin Ermənistana ticarət güzəşti

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Brüssel Moskvanın idxal məhdudiyyətlərinə cavab hazırlayır

Belə bir planın mövcudluğu barədə nüfuzlu “Financial Times” qəzeti məqalə dərc edib. Nəşrin istinad etdiyi, planla tanış olan dörd mənbəyinin məlumatlarına əsasən, Avropa Komissiyası Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına gömrük rüsumlarını azaldacaq muxtar ticarət tədbirləri hazırlayır. Brüssel hesab edir ki, bu təşəbbüs Ermənistan hökumətinə təzyiq göstərmək məqsədi daşıyan, parlament ərəfəsində Rusiyanın idxal məhdudiyyətlərinə, bir növ, cavabdır.

Nəşrin etibarlı mənbəyinin açıqlamasından: “İndi erməniləri gücləndirmək və dəstəkləmək və etibarlı tərəfdaş ola biləcəyimizi göstərmək vaxtıdır. Onların dostlara ehtiyacı var, biz isə qonşuluğumuzu qorumalıyıq”. İki mənbənin qənaətincə, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edən tədbirlər Rusiyanın qadağasına düşən təxminən 20 kateqoriya üzrə mal və məhsulların əksəriyyətini əhatə edəcək. Bu məhsulların Avropa bazarlarına ixracından Ermənistan ildə təxminən 420 milyon avro qazanacaq.

“Qara siyahı”ya düşən məhsullar...

Üç gün bundan əvvəl Aİ xarici işlər nazirləri Lüksemburqda Ermənistanın baş diplomatı ilə bu məsələni hərtərəfli müzakirə ediblər. Bunu Avrokomissiyanın rəsmi təmsilçisi Olaf Gill “Financial Times”a açıqlamasında bildirib. Onun sözlərinə görə, komissiya daha çox erməni biznesinə Avropa bazarlarına daxil olmaq imkanını və ölkə iqtisadiyyatının ən çox zərbə dəyən sahələrinin bərpasına dəstək vermək üçün alternativ ticarət tədbirləri təklif edəcək: “Ermənistan Rusiyanın dominantlıq etdiyi Gömrük İttifaqının bir hissəsidir və bu, Moskvaya ölkənin idxalı və ixracı üzərində nəzarət şansını verir. Bu isə Aİ-nin İrəvanla güzəştli ticarət sövdələşməsini təmin etmək cəhdlərini bir qədər çətinləşdirir”.

Yada salaq ki, Ermənistanda parlament seçkiləri ərəfəsində Rusiya fitosanitar problemlərini əsas gətirərək erməni güllərinin idxalına müxtəlif qadağalar tətbiq etdi. Tezliklə bu “qara siyahıya” mineral su, şərab və konyak, meyvə-tərəvəz və balıq məhsulları da əlavə olundu. Məqsəd məlum idi. Amma bütün bu təzyiqlərə baxmayaraq, baş nazir Nikol Paşinyanın partiyası seçkilərdə qalib gəldi.

Aİ və Moskvanın regionda rəqabəti kəskinləşir

Avropa İttifaqı Ermənistan respublikasının gələcək taleyinə təsir etmək üçün Brüssel və Moskva arasında rəqabətin güclənməsi fonunda Rusiyanın idxal məhdudiyyətlərini kompensasiya etmək üçün İrəvana təcili ticarət güzəştləri paketi hazırlayır. “Financial Times” iyunun 17-də dörd mənbəyinə istinadən xəbər verir ki, Avropa Komissiyası Ermənistanın istehsal etdiyi ərzaq və kənd təsərrüfatı məhsullarına tarifləri aşağı salacaq avtonom ticarət tədbirlər planı üzərində işi başa çatdırmaq üzrədir. Aydın məsələdir ki, bu təşəbbüs Ermənistanda keçirilən son parlament seçkilərindən əvvəl Rusiyanın erməni mal və məhsullarının idxalına tətbiq etdiyi sanitar məhdudiyyətlərə cavab sayılmaldır. Brüsseldə də belə düşünürlər ki, Moskvanın meyvə-tərəvəz qadağası İrəvanın qərbyönlü hökumətinə təzyiq göstərmək məqsədi daşıyırdı. “İndi onları dəstəkləmək və etibarlı tərəfdaş ola biləcəyimizi sübuta yetirməyin vaxtıdır”. Nəşr Aİ-dəki özəl mənbəyinə istinadla belə yazıb.

Yeni bazarlar, alternativ variantlar

Daha sonra qəzetin məqaləsində qeyd olunur ki, Brüsseldəki iki mənbə tərəfindən verilən məlumatlar onu deməyə əsas verir ki, güzəştli ticarət planı ilə bağlı konkret təkliflər yaxın həftələr ərzində Aİ-yə təqdim edilə bilər. Yeri gəlmişkən, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun iyulun əvvəllərində Ermənistana planlaşdırılan səfəri zamanı məhz adıkeçən planın detallarının müzakirə ediləcəyi deyilir. Bununla bağlı Avrokomissiyanın sözçüsü Olof Gill nəşrə açıqlamasında onu da bildirib ki, qurum erməni sahibkarlara məhsullarını Avropa bazarlarında realizəsi üçün imkanlar yaratmaq istiqamətində əməli işlər görməyə hazırdır. Bu zaman Gill hay iş adamları üçün muxtar ticarət tədbirlərinin həyata keçiriləcəyini, onlara alternativ variantların təklif edəcəyini də vurğulayıb.

Bəs Aİ-nin məlum təşəbbüsü müstəqil erməni ekspertləri, sahənin mütəxəssisləri tərəfindən necə qarşılanıb? Onlardan birinin Avropanın ticarət planına reaksiyası ilə oxucuları tanış edirik. İrəvanda müstəqil və nüfuzlu beyin mərkəzi kimi tanınan Regional Araşdırmalar Mərkəzinin təsisçisi Riçard Çiraqosyanın bu yöndə fikirləri maraq doğurur: “Avropa İttifaqının 50 milyon avro həcmində tədbirlər planı gül və digər malların alınması üçün olduqca vacib vasitə sayılmalıdır. Bu addım gözlənildiyindən də tez atıldı. Həm də Rusiyanın məlum qadağa siyasətinin faydasız və əks-məhsuldar olduğunu göstərdi. Aİ hazırda Ermənistan məhsullarının Avropaya ixrac təşviqini daha da inkişaf etdirmək istəyirsə, lap yaxşı”.

Moskvanın “məhdudlaşdırıcı tədbirləri” fayda verməyəcək

Bununla bağlı fikirlərini davam etdirən R.Çiraqosyan, eyni zamanda, xəbərdarlıq edib ki, Rusiyanın Ermənistanın ticarət dövriyyəsində oynadığı rolun miqyası qarşısında Aİ-nin təklif etdiyi tədbirlər planı yalnız “müvəqqəti və ya məhdud çərçivədə” olacağı anlamına gəlir: “Bu plan Rusiyanın üstünlüyünü kompensasiya etmək üçün kifayət deyil. Bu səbəbdən Avrokomissiyanın təşəbbüsünü daha çox yardım aksiyası kimi qəbul etmək doğru olar”.

“Rusiyanın Ermənistandan bəzi ərzaq məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər siyasi səbəblərlə deyil, məhsullarda aşkar edilmiş pozuntularla əlaqədardır”. Bu sözləri “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert “Rossiyskaya qazeta”ya müsahibəsində deyib. O bildirib ki, məsələ siyasi müstəvidə deyil, uzun illər ərzində müəssisələrarası aparılan işin nəticələri, laborator araşdırmalar və qeydə alınan pozuntularla bağlıdır: “Bizim müəssisələrlə əməkdaşlıq tariximiz, laborator tədqiqatların nəticələri, tədarüklər və aşkar edilmiş pozuntular barədə ətraflı, dəqiq məlumatlarımız var”.

Rusiyalı məmur ixraca qadağanın səbəbini yalnız bu müstəvidə izah edə bilərdi. Amma o, qarşıdan gələn və ölkəsi üçün naqolay durumu da göz önünə almalı, rəsmi Moskva isə Ermənistanın yeni bazar axtarışında Avropaya üz tutmasını normal qəbul etməlidir. Bu zaman Rusiya Cənubi Qafqaz ölkələrinin ondan asılılıq amillərinin getdikcə tamamilə aradan qaldırılması perspektivini də nəzərə almağa məcburdur. Dənizə çıxışı olmayan Ermənistanın mal və məhsullarının Türkiyə və ya Gürcüstan vasitəsilə Avropaya daşınması reallığını da həmçinin.

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri