Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək.
"Bakupost" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib.
Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərlə məhdudlaşdırılıb. Ermənistan məhsullarının idxalının Avropa istehsalçılarına mənfi təsir göstərəcəyi təqdirdə Aİ bazarını qorumaq üçün müdafiə tədbirləri də nəzərdə tutulub.
Avropa Komissiyasının məlumatına görə, liberallaşdırılmış ticarət rejimi Ermənistanın kənd təsərrüfatı məhsullarının Aİ-yə ixracının təxminən 80 faizini əhatə edəcək. Bu məhsullara təzə meyvə-tərəvəz və güllər də daxildir. İçkilər və alkoqollu məhsulların isə ixracının 91 faizdən çoxu bu rejimə şamil olunacaq.
Müdafiə tədbirləri müəyyən məhsullar üzrə kvotaların tətbiqini nəzərdə tutur. Kvota həddinə çatdıqda həmin məhsulların idxalına mərhələli şəkildə rüsumlar tətbiq ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 Oktyabr 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















