Icma.az
close
up
RU
Aİ ölkələri Trampa qarşı Siyasi və iqtisadi nəticələr necə olacaq?

Aİ ölkələri Trampa qarşı Siyasi və iqtisadi nəticələr necə olacaq?

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) ölkələri qarşıdakı günlərdə ABŞ-yə qarşı birlikdə mövqe sərgiləməyə çalışacaqlar. ABŞ Prezidentİ Donald Trampın tətbiq etdiyi rüsumlara cavab olaraq Aİ ABŞ-dən idxal edilən məhsullara diş ipindən tutmuş almazlara qədər 28 milyard dollar dəyərində ilk hədəfli qarşı tədbirlər paketini təsdiqləməyə hazırlaşır.

Avropa İttifaqı ölkələrinin Donald Trampın tətbiq etdiyi rüsumlara qarşı birgə mövqe sərgiləməsinin mümkün siyasi və iqtisadi nəticələri nə ola bilər?

Mövcud sualla bağlı Sfera.az-a açıqlama verən politoloq Tural İsmayılov ənənəvi Amerika-Avropa İttifaqı mərkəzli siyasi və iqtisadi sistemin ciddi dağıntı ilə üz-üzə olduğunu bildirib. 


Politoloqun fikrincə, ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə, ABŞ ilə Aİ arasındakı uçurum dərinləşib:

“Xüsusilə, Trampın tətbiq etdiyi rüsum siyasətində ən çox vergini Avropa İttifaqına tətbiq etməsi, Aİ-nin daxilində Amerika administrasiyası ilə fikir ayrılıqlarının artdığını göstərir. Trampın prezidentliyə başlamasından yalnız 2 ay keçib, amma bu müddət ərzində Amerika ilə Aİ arasında iqtisadi və xarici siyasət sahələrində ciddi fikir ixtilafları yaşanıb və konfrontasiya hər gün daha da dərinləşib. Bu, vəziyyətin nə qədər gərgin olduğunu göstərir. Trampın son rüsum qərarından sonra Aİ də Amerikadan idxal edilən məhsullara qarşı eyni səviyyədə tarif tətbiq edib. Bu isə iqtisadi baxımdan ziddiyətləri daha da gücləndirəcək. Bunun nəticəsində, radikal suallar yaranacaq".

Ekspert ABŞ-nin Aİ üçün və ya Avropanın Amerika üçün etibarlı ticarət tərəfdaşı olması sualına isə belə şərh verib:

"Bütövlükdə, Trampın siyasətinin əsas xətti iqtisadi maraqlar üzərində qurulub. İqtisadi hədəflər və prioritetlər Tramp administrasiyasının siyasətində əsas rol oynayır və bu, sərt qərarların alınmasına və ABŞ-nin ənənəvi müttəfiqləri ilə münasibətlərinin zədələnməsinə gətirib çıxarır”.

Məsələyə iqtisadi aspektdən açıqlama verən ekspert Xalid Kərimlinin fikrincə, ticarət müharibələrinin nəticəsi olaraq əmtəə və enerji qiymətlərində kəskin enmə müşahidə olunur:

“Enerji qiymətlərinin azalmasının əsas səbəbi isə enerji bazarındakı investorların düşüncəsidir. Belə ki, onlar hesab edirlər ki, tətbiq olunan tariflər qlobal ticarəti zəiflədəcək, bu da dünya iqtisadiyyatının artımını ləngidəcək və hətta resessiya risklərini artıracaq.Gözləntilərə görə, qarşılıqlı tariflərin tətbiqindən sonra inflyasiya səviyyəsi artacaq. Bu artım isə mərkəzi bankları inflyasiyanı cilovlamaq məqsədilə iqtisadi artımı yavaşlatmağa məcbur edə bilər. Nəticədə bu proses resessiyaya səbəb ola bilər. Ticarət müharibələri dünya iqtisadiyyatı üçün müsbət perspektivlər vəd etmir. ABŞ isə hesab edir ki, bu savaşı öz mövqelərini gücləndirmək məqsədilə başlatmalıdır. Amerika bu müharibələri əsasən öz maraqları çərçivəsində aparır. Təbii ki, burada mübahisəli məsələlər çoxdur. Lakin hazırkı administrasiya bu addımların ABŞ-nin maraqlarına uyğun olduğunu düşünür və mümkün iqtisadi çöküşlərə əhəmiyyət vermir. Onlar hesab edirlər ki, Amerika iqtisadiyyatı yaxın gələcəkdə sürətlə böyüyəcək”.

Fidan Hacızadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri