Icma.az
close
up
RU
Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bakının Yasamal rayonunda və Hövsan qəsəbəsində Mənzil İnşaatı dövlət Agentliyinin (MİDA) sifarişi ilə tikilən sosial evlərdən mənzil almaq istəyən vətəndaşlar dələduzluqla üzləşib.

BAKU.WS Qaynarinfo xəbər verir ki, Sabir Quliyev (şərti) və Nərminə Alıyeva (şərti) Tural adlı şəxs tərəfindən aldadılıb.

Həmin şəxs Sabir və Nərminəyə Hövsan qəsəbəsindəki sosial evlərdən mənzil ala biləcəyinə inandırıb. O, bunun müqabilində Sabirdən 2400 manat, Nərminədən isə hissə-hissə olmaqla 12 047 manat pul alıb. Tural verdiyi vədi yerinə yetirmədiyi hüquq-mühafizə orqanlarına müraciət edilib.

Quba rayonunda saxlanılan Turala Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunub. Həmçinin barəsində məhkəməni qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə baxılıb.

Məhkəmə zamanı Tural verilmiş ittiham üzrə özünü qismət təqsirli bilib. Onun iddiasına görə aldığı pullar sadəcə borc olub. Lakin zərərçəkmişlər onun dediklərinin əksini bildirib.

Məhkəmənin hökmü ilə Turala 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin olumuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Noyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri