Aİ ölkələri yeraltı anbarlarda 50 mlrd. kubmetrdən artıq qaz çıxarıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 53%-dən aşağı enib.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 52,65% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 7,08 faiz bəndi azdır.
Qeyd olunur ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan təxminən 50 mlrd. kubmetrə çox qaz çıxarıb. Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb.
Bildirilir ki, hazırda anbarlardakı qazın ümumi həcmi 58,5 mlrd. kubmetrə yaxındır.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 04 Fevral 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















