Kəlbəcərdə 100 ə yaxın şagirdin təhsil aldığı modul tipli məktəbdən REPORTAJ “Müəllimlərimiz bizə motivasiya verirlər“
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Baku TV Kəlbəcərdə Bəhmən Cəfərov adına bir nömrəli tam orta məktəbdən reportaj hazırlayıb.
Sözügedən təhsil müəssisəsi 2025-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Hazırda məktəbdə 100-ə yaxın şagird təhsil alır. Təhsil ocağı modul tiplidir, 2026-cı ilin sentyabr ayında isə ərazidə yeni məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulur.
Bəhmən Cəfərov adına bir nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərən Kəmalə Hacıyeva doğma yurda qayıtması ilə bağlı təəssüratlarını bölüşüb: "Kəlbəcərdən gənc qız kimi çıxmışdım, bu gün isə müəllim olaraq Vətənə qayıdıb fənnimi tədris edirəm. Uşaqlar da çox yaxşıdır. İlk vaxtlar alışmaqda çətinlik çəksələr də, adaptasiya prosesləri qısa zamanda başa çatdı".
Məktəbin şagirdi Sara Nəcəfzadə də Kəlbəcərə qayıtdığı üçün xoşbəxt olduğunu söyləyib: "Dərslər, həqiqətən, çox yaxşı keçir. Müəllimlərimiz bizi daim motivasiya edir, hər hansı problemimiz olduqda onun həlli üçün əllərindən gələni edirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 Yanvar 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















