Aİ ölkələrinin yeraltı anbarlarında qazın həcmi 34% dən aşağı enib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi üç ildən artıq müddətdə ilk dəfə olaraq 34%-dən aşağı enib.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 33,69% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 11,43 faiz bəndi azdır.
Qeyd olunub ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan təxminən 74,5 mlrd. Kubmetr qaz çıxarıb. Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb.
Bildirilib ki, hazırda anbarlardakı qazın ümumi həcmi 37,3 mlrd. kubmetr təşkil edir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 31 Mart 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















