Icma.az
close
up
RU
Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 23 iyun, AZƏRTAC

Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə keçirilən yüksək səviyyəli Bağlantı Gündəliyi Platformasının açılışında verdiyi açıqlamada bildirib ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun tədbirdə iştirakı Brüsseldə məmnunluqla qarşılanıb.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə ilə əlaqələrin davam etdiriləcəyini bildirən Kos, türkiyəli rəsmilərlə görüşlər keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə, iyunun sonunda Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, habelə daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner Ankaraya səfər edəcəklər.

Aİ-Türkiyə münasibətlərinin iki fərqli istiqamətdə irəlilədiyinə diqqət çəkən Kos əlavə edib ki, bu mərhələdə üzvlük prosesində heç bir irəliləyiş əldə edilməsə də, bağlantı gündəliyində görüləsi çox iş var. O, Türkiyənin bağlantı gündəliyində əsas rol oynadığını vurğulayaraq deyib: “Türkiyənin güclü iştirakı olmadan Orta Dəhlizi, həmçinin bütün bu rəqəmsal, enerji və ticarət əlaqələrinə sahib olmağı təsəvvür edə bilmirəm”.

Kos, həmçinin Türkiyə Xarici İşlər Nazirliyindən mümkün bağlantı layihələrinin siyahısını aldıqlarını və bu layihələrin digər ölkələrin təklifləri ilə birlikdə qiymətləndirildiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri