Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Aİ Rusiya “asılılığını” bitirir?

Aİ Rusiya “asılılığını” bitirir?

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni enerji təchizatı xəritəsi hazırlanır

Rusiya ilə Ukrayna arasında 3 ildən artıqdır davam edən müharibə ümumən Avropa kontingentinə mühüm iqtisadi çətinliklər yaradıb. Xammal, ərzaq təhlükəsizliyi kimi çoxsaylı komponentlərlə yanaşı, enerji təchizatında yaranan problemlər “köhnə qitə”ni fakt qarşısında qoyub - özünün enerji tələbatının olduqca mühüm hissəsini Rusiyadan təmin edən qitə yeni dövrdə Moskva ilə əlaqələrini fərqli cəhətlər üzərindən quracaqsa, özünə fərqli enerji idxalı konsepsiyası yaratmalıdır. Avropa Komissiyasının (AK) Rusiyanın enerji məhsullarının Aİ-yə idxalını dayandırmaq üçün hazırladığı yol xəritəsi də məhz bu əsaslara söykənir.

Plan təqdim olunub...

Qeyd edək ki, bu tipli əvvəlki proqram, “REPowerEU” 2022-ci ildə işə salınıb və Aİ ölkələrinin Rusiya qazına idxal payını 45 faizdən 19 faizə endirib. Bununla belə, 2024-cü ildə Rusiya qazının tədarükü bərpa olunub. AK-nın bəyanatında deyilir ki, yol xəritəsi Rusiyanın neft, qaz və nüvə enerjisinin koordinasiya olunmuş və təhlükəsiz şəkildə Aİ bazarlarından mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur. İlin sonuna qədər Aİ ölkələrinin Rusiya enerjisindən necə imtina edəcəkləri ilə bağlı planlarını hazırlaması gözlənilir. Plana əsasən 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalının tamamilə dayandırılması nəzərdə tutulur ki, bunun üçün ilk növbədə Rusiya qaz tədarükçüləri ilə yeni müqavilələr dayandırılacaq - birinci növbədə isə bu ilin sonuna qədər spot müqavilələr ləğv ediləcək. Eyni zamanda, Rusiyanın neft daşıyan “kölgə donanması” ilə mübarizə üçün yeni tədbirlər nəzərdə tutulur. Planda göstərilir ki, “Euratom”a Rusiyadan zənginləşdirilmiş uran və digər nüvə materiallarının tədarükü üçün yeni müqavilələrin bağlanması ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur. AK-nın yaydığı məlumatda deyilir ki, Rusiya enerji mənbələrindən tədricən uzaqlaşma Aİ-nin üzləşdiyi təhlükəsizlik risklərini azaldacaq: “Daha təmiz və daha müstəqil enerji sistemi iqtisadiyyatı stimullaşdırmağa kömək edəcək və həmçinin Avropanın karbonsuzlaşdırma (dekarbonizasiya) ambisiyalarına böyük töhfə verəcək”. Bu plana əsasən, AK iyun ayında qanunvericilik təşəbbüsləri irəli sürmək niyyətindədir. AK prezidenti Ursula Fon der Lyayen bildirib ki, “artıq Avropanın etibarsız təchizatçı ilə enerji əlaqələrini tamamilə kəsməsinin vaxtıdır”.

Plana etiraz...

Ən maraqlı detal isə odur ki, bu plana da Aİ daxilində yekdilliklə “hə” deyilmir. Məsələn, “Politico” yazır ki, Macarıstandan olan Sağlamlıq və Heyvanların Rifahı üzrə Avropa Komissarı Oliver Varxeli Rusiya qazının idxalını dayandırmaq planının təsdiqlənməsinə qarşı olub.  Varxeli sənədin mayın 6-da dərc olunmasına bir neçə saat qalmış Avropa Komissiyasının yeni planına prosessual etiraz edib. Mənbələrdən biri qəzetə bildirib ki, onun hərəkətləri siyasi motivli kimi qəbul edilib -belə ki, AK-nın öz komissarlarından əsas tələblərindən biri müstəqil olmaları və ölkələrinin maraqlarına uyğun hərəkət etməməlidir. Varxelinin etirazının isə Macarıstanın baş naziri Viktor Orbanın mövqeyinə uyğun gəldiyi bildirilir.

Bir sıra beynəlxalq iqtisadçılar və siyasətçilər Aİ-nin Rusiya enerjisindən imtinasının mühüm nəticələrə yol aça biləcəyini düşünürlər. Onların fikrincə:

- Bu addım enerji qiymətlərinə təsirlər göstərə bilər. Bu fikri isə onunla əsaslandırırlar ki, Aİ hətta plan tərtib etsə belə, qısa müddətdə alternativ mənbələr tapmaq çətin olacaq;

- Təchizat riskləri böyüyür. Belə ki, enerji təhlükəsizliyi üçün yeni infrastruktur və tərəfdaşlar tələb olunur ki, bu da Aİ üçün böyük bir zaman tələb edir;

-  Paralel olaraq bu addım Rusiya üçün mühüm iqtisadi itkilərə yol açacaq. Enerji ixracından asılılıq səbəbindən Rusiya büdcəsində azalma ola bilər, Moskvanın Avropaya ən güclü siyasi təsir vasitələrindən biri əldən çıxacaq.

Bütün bunlarla yanaşı isə Aİ-nin bu planı tətbiq etməklə uğur qazanacağına inanlar da tapılır. Onlar iddia edirlər ki, bu proses bərpa olunan enerjiyə keçidi sürətləndirə bilər. Aİ öz enerji müstəqilliyini artırmaq üçün “yaşıl enerji”yə daha çox sərmayə qoyar. Paralel olaraq isə enerji bazarında balansın dəyişməsi geosiyasi təsirləri də fərqli məcraya yönəldəcək - yeni enerji tərəfdaşlıqları və bazar dəyişiklikləri qlobal münasibətlərə də yeni yön verəcək...

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2025 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri