Icma.az
close
up
RU
“İmişli” “Zirə”dən də xal aldı

“İmişli” “Zirə”dən də xal aldı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İmişli - Zirə 1:1 (1:0)
33. Andrey Sinenka - 6,0
29. Edvin Banquera - 5,5
19. Azər Salahlı (k) - 5,5
14. Ronaldo Rodriges - 6,0
23. Dioqo Rollo - 6,5
44. Həzrət İsayev - 5,5
17. Ezekyel Morqan - 5,5
(5. İdris İnqilablı, 75) – 4,0
21. Abbas Ağazadə - 6,0
10. Nikola Karaklaiç – 5,0
(11. Vüsal Qənbərov, 69) – 4,0
7. Juninyo - 5,5
(22. İbrahim Əliyev, 87) - qiymətsiz
9. Dioqo Almeyda – 5,0
(97. Xəzər Mahmudov, 87) - qiymətsiz
Ehtiyat oyunçular
1. Hüseynəli Quliyev
99. İmam Əli
77. Elmir Rəhimzadə
27. Lətif Rzayev
3. Tuncay Yusifli
Baş məşqçi: Jorj Kaşkilya
Komandanın ən yaxşısı: Dioqo Rollo
97. Tyaqo Silva - 5,5
20. İssa Cibrila - 6,0
(25. Enrike Kustodio, 70) - 5,5
5. Ange Mutsinzi - 5,5
4. Ruan Renato - 6,0
32. Qismət Alıyev - 6,0
8. İsmayıl İbrahimli - 5,5
(77. Yeqor Boqomolski, 70) - 5,5
17. Ayron Qomis - 5,5
11. Junior Martins – 5,0
(70. Namik Ələskərov, 46) – 5,0
93. Brahim Konate - 5,5
10. Georgi Papunaşvili - 6,0
9. Davit Volkov - 6,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
41. Anar Nəzirov
21. Hacıağa Hacılı
7. Rövlan Muradov
29. Ceyhun Nuriyev
26. Stefan Aka
30. Rikardo Martins
6. Eldar Quliyev
14. Elçin Əlicanov
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov
Qollar: D.Rollo, 24 (1:0). D.Volkov, 80 (1:1).
Vərəqələr: Q.Alıyev, 17 (qeyri-idman hərəkəti). A.Mutsinzi, 23 (qeyri-idman hərəkəti). E.Morqan, 55 (qeyri-idman hərəkəti). R.Rodriges, 74 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: ƏLİ ƏLİYEV, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov (hamısı Bakı).
VAR hakimi: Elçin Məsiyev (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).
26 sentyabr. Quba. Olimpiya İdman Kompleksinin stadionu. 200 tamaşaçı (6800 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5
İlk turda son saniyələrdə buraxılan qolla uduzan və ardından məğlubiyyət üzü görməyən “İmişli” əvvəlki üç oyunda meydançadan qalib ayrılan tərəf idi. Düzdü, həmin qələbələrdən biri texniki məğlubiyyətə çevrilmişdi. Turnir cədvəlinin lideri “Zirə” üçün bu oyun xal qazanmaq baxımından önəmli idi.

Oyun “Zirə”nin dominantlığı ilə start götürdü. İlk zərbə də “qartallar”dan gəldi. 3-cü dəqiqədə Cibrila cərimə meydançası daxilindən zərbə vurdu, Sinenka topu dəf etdi. Üç dəqiqə sonra isə Qismətin asmasından sonra Volkovun zərbəsi qapı tirinin üstündən meydanı tərk etdi. Oyun sürətə, dinamikaya yaxın idi. Amma qazonun durumu buna imkan vermirdi. 20-ci dəqiqədə isə standart vəziyyətdən sonra “İmişli”nin qapısı önündə təhlükə yarandı. Qismətin asmasından sonra Qomis başla zərbə endirdi, yenə də “çərçivə”yə düşmək mümkün olmadı. Əvəzində Aran təmsilçisi elə ilk ciddi hücumda hesabı açdı. Qarışıqlıqdan yararlanan braziliyalı mərkəz müdafiəçisi Rollo çempionatda ilk qolunu vurdu. “Zirə” hissənin sonuna qədər çox çalışsa da, hesabı bərabərləşdirə bilmədi. 45-ci dəqiqənin tamamında Cibrila yerlə qapıya zərbə endirdi, Sinenka inamlı oynadı.
İkinci hissə qonaqların aşkar üstünlüyü şəraitində keçdi. Rəqibi meydanın tam özünə aid hissəsinə sıxışdıran qəsəbə təmsilçisi ikinci yarıda ilk zərbəni 52-ci dəqiqədə reallaşdırdı. Papunaşvili cərimə zərbəsindən sonra qapını “nişan alsa” da, Sinenka düzgün mövqe seçmişdi. Cinahlardan müdafiəni yarmağa çalışan “Zirə” xeyli standart vəziyyət qazandı. 72-ci dəqiqədə künc zərbəsindən sonra Renato akrobatik tullanışla qapıya zərbə endirdi, bu top isə belaruslu qapıçı üçün elə də çətin olmadı. “Qartallar”, nəhayət, 80-ci dəqiqədə istədiyi qolu vurdu. Yenə də standart vəziyyətdən sonra “İmişli”nin qapısı önündə qarışıqlıq yarandı və Volkov cəld tərpənib hesaba tarazlıq gətirdi
Maraqlıdı ki, Sinenka bu mövsüm ilk dəfə qapısında qol gördü. Oyunun sonuna qədər qonaqların bir neçə hücum cəhdi olsa da, hesab dəyişmədi.
Gözdən qaçmadı
// İkinci hissədə soyuq və yağış o həddə çatdı ki, yan xətt hakimi Cəmil Quliyev titrəyirdi.
// Jurnalistlər üçün nəzərdə tutulmuş sektorda azarkeşlər də var idi. 36 nəfərdən yalnız 12-si jurnalist idi.
// Jorj Kaşkilya duş qəbul etdiyi üçün mətbuat konfransına gecikdi. Mətbuat katibi Leyla Behbudlu hər dəfə gecikməyin səbəbinin bu olduğunu bildirdi, Kaşkilya da təsdiqlədi.
// “CBC Sport” texniki problemlərə görə mətbuat konfransından yayın təşkil edə bilmədi.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Sentyabr 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri