Aİ: Rusiya Ukraynanın NATO və Aİ yə üzvlüyünə veto qoymaq haqqına sahib olmamalıdır
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünə veto qoymaq haqqına malik ola bilməz.
APA xəbər verir ki, bu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, İtaliyanın Baş naziri Corcia Meloni, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Finlandiya prezidenti Aleksandr Stubb və Polşanın Baş naziri Donald Tusk tərəfindən verilən müştərək bəyanatda qeyd olunub.
Bəyanata görə, Avropa liderləri Tramp-Putin-Zelenski üçtərəfli görüşünün keçirilməsini dəstəkləməyə hazırdır.
Avropa İttifaqı Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinin tərəfdarıdır və Ukrayna ordusunun üçüncü ölkələrlə əməkdaşlığına heç bir məhdudiyyət qoyulmamalı olduğunu bəyan edir.
“Rusiya Ukraynanın Aİ və NATO-ya üzvlüyünə heç bir veto qoymaq hüququna malik olmamalıdır.
Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz və Ukrayna öz ərazisi ilə bağlı qərarları özü verməlidir”- bəyanatda bildirilib.
Aİ-nın Ukraynaya dəstəyinin davam edəcəyi də bəyanatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 16 Avqust 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları![Şəkidə 24 yaşlı oğlan 50 yaşlı kişini qətlə yetirdi Hadisənin TƏFƏRRÜATI/red]](https://icma.az/media/photos/15_11_2025/516707d3-6080-406b-bd69-a673ff55a496.webp)



















