Del Pyero karyerasını vərəqlədi “Milli komanda ilə dünya çempionluğu hər bir futbolçunun karyerasının zirvəsidi”
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Alessandro Del Pyero bugünlərdə Rai 1 telekanalının qonağı olub.
"Football-plus.az" xəbər verir ki, “Yuventus”un və İtaliya yığmasının sabiq hücumçusu jurnalist Alberto Ancelonun bir sıra maraq doğuran suallarını cavablayıb. Dünya çempionu möhtəşəm karyerasının müxtəlif məqamlarını xatırlayıb.
Turinə gəlişi...
Bu yerdə çox böyük bir reallığa qərq olunduğumu xatırlayıram: kiçik bir şəhərdən gəlmişdim (Del Pyero 1993-cü ildə Turinə Paduya şəhərindən gəlib – red.) və Turin mənə əsl meqapolis kimi görünürdü. İlkin təəssüratım güclü idi: gözəl, eyni zamanda travmatik hisslər keçirirdim. İlk bir neçə ay ərzində geniş prospektlərin arasında harda olduğunuzu tam şəkildə anlamırsız... Bu, 18 yaşlı oğlan üçün yavaş-yavaş, addım-addım baş verən bir kəşf idi.
...ən sevimli yerlər...
Ən sevdiyim yerlər? Çoxdu, mən bu şəhərdə 19 il yaşamışam (o, “Yuventus”da 1993-2012-ci illərdə çıxış edib – red.). Birinci yer “Kommunale” stadionu idi, orda kumirlərimin oynadıqlarını və qalib gəldiklərini görürdüm. Bir gün bu stadionu daxildən görmək mənim üçün çox maraqlı idi. Pyatsa Karlina 1990-96-cı ilərdə yaşadığım evimin olduğu yerdi. Turində mənə ən sevimli yerlər məhz bu məkanlardı.
...“Avvokato” Anyelli...
Belə bir adamı, bir çox cəhətdən unikal şəxsiyyəti təsvir etmək üçün sözlər tapmaq çətindi: onun “Yuventus”dakı rolu, klubu nə dərəcədə tanıması və hiss etməsi... Bir qədər diqqətsiz görünürdü, amma əslində hər şeyi mükəmməl başa düşürdü. Düşünürəm ki, səhər tezdən, səhər saat 5-də edilən zənglər haqda hekayəni artıq bilirsiz. Telefonda səslənən klassik ifadə belə idi: “Anyellinin evi, sizinlə “Avvokato” arasında əlaqə qururuq”. Bizdən ev telefonuna malik olmaq və zənglərə cavab vermək tələb olunurdu. Mənə Turində ilk dəfə “Yuventus”dakı debüt oyunumdan iki dəqiqə əvvəl zəng olundu. Katib mənə “mənimlə gedək, bu gün nə danışdığımızı unutma, uğurlar” dedi. O an artıq həyəcanlıydım və bu dəmdə mənə belə zəng gəlmişdi... Biz həmin oyunda ulduzlarla zəngin olan “Milan”a 0:1 hesabıyla uduzduq, hərçənd oyuna baxanda onları məğlub etməliydik. Və bunu etdik, amma qələbəni növbəti ildə qazandıq.
...Sonya Amoruzo...
Hər bir futbolçu üçün həyat yoldaşı vacibdi. Sadə bir ailədə böyümüşəm və orda eyni dəyərləri, hətta daha çoxunu tapmışam. Sonya ilə birlikdə üç uşağın dünyaya gəlməsinə səbəb olan bu səyahətə başladıq. Bütün düşüncələrimiz onlara yönəlib: onlar üçün ən yaxşısını etməyə çalışırıq.
...Turində vurduğu ən emosional qol...
Bir çox qolları xatırlaya bilərəm. İkisini deyəcəm. Birinci emosional qolum 1994-cü il dekabrın 4-nə təsadüf etdi. Həmin gün “Fiorentina”ya mənim vurduğum qolla qalib gəldik. Bu, bizi skudettoya aparan mövsüm idi. Qapıya sağ ayağımın çöl hissəsi ilə zərbə endirdim və qapıçını təəccübləndirdim. İkinci yaddaqalan epizod Turində qapıya yol tapdığın sonuncu qolum idi. “Yuventus” - “Atalanta” matçından bir neçə gün sonra klubla vidalaşaraq Turindəki karyerama son qoydum. O vaxtkı atmosferə görə çox emosional bir an idi...
...milli komanda və dünya çempionatı...
Bu mövzularda suala min cür cavab verə bilərdim. Milli komanda ilə dünya çempionluğu hər bir futbolçunun karyerasının zirvəsidi. Sanki Aya çataraq mövcud olan ən arzulanan titulun qazanılması kimidi. Mənim üçün ən vacib an penalti nöqtəsinə yaxınlaşmaq idi: həmin anın əhəmiyyəti və onu adi bir hal kimi yaşamaq bacarığı vacib idi. Milli komandaya nə lazımdı? Qələbə. Ən açıq cavab. Biz bu gün iqtisadiyyat və imic baxımından ən vacib çempionat sayılmırıq. Başqaları biz birinci olarkən işləyirdilər. Biz indi məhz bunu etməliyik: özümüzü yenidən kəşf etməliyik. Fərqli, yeni nəsə tapmalıyıq.
...və çətin anları haqda
Karyeram ərzində çox xoş an yaşamışam, amma çətin anlarım da olub. Məsələn, 2006-cı ildə komandanın B seriyasına göndərilməsi məni də çox məyus etmişdi. Amma klubun sahibləri onda da komandanın yanındaydılar və bu, bəlkə də “Yuventus” üçün ən vacib an idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 01 Yanvar 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















