Icma.az
close
up
RU
Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların 17 ci paketini təsdiq ediblər

Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların 17 ci paketini təsdiq ediblər

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı sanksiyaların 17-ci paketini təsdiq ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Aİ institutlarındakı mənbə məlumat verib.

“Aİ-nin Daimi Nümayəndələr Komitəsi Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib”, - deyən mənbə əlavə edib ki, bu məhdudiyyətlərin Aİ xarici işlər nazirləri tərəfindən təsdiqlənməsi mayın 20-də gözlənilir. Bundan sonra paket Avropa İttifaqının “Rəsmi jurnalı”nda dərc olunacaq və qüvvəyə minəcək.

Diplomat sanksiyaların mahiyyətini şərh etməkdən imtina edib və bildirib ki, onlar dərc edildikdən sonra məlum olacaq.

Lakin bundan əvvəl Avropa mediası Avropa Komissiyasından sızan sənədlər əsasında yeni sanksiyalar paketinin məzmununu təfərrüatlı şəkildə açıqlamışdı. Məhdudiyyətlər Aİ-nin qara siyahısına Rusiya və onun tərəfdaşlarından olan 60-a yaxın fiziki və hüquqi şəxsin, habelə Rusiya neftini daşıyan 50-dən 150-dək tankerin daxil edilməsini nəzərdə tutur. Aİ ölkələrinin təsdiq etdiyi tankerlərin sayı bu paketdə naməlum olaraq qalır.

“Bloomberg” agentliyi bundan əvvəl 17-ci sanksiyalar paketini yumşaq adlandırıb, çünki 2022-ci ildən bəri ilk dəfə olaraq Avropa Komissiyası Aİ ölkələrinin etirazlarını minimuma endirmək və bu paketi mümkün qədər tez qəbul etmək istədiyi üçün əlavə iqtisadi və ticarət məhdudiyyətləri tətbiq etməyəcək. Bununla belə, “Bild” nəşri yazır ki, Avropa yeni sanksiyalar paketinin bir hissəsi kimi Rusiyadan qaz tədarükündən tamamilə imtina edə və öz neftinin qiymətlərinə məhdudiyyətləri sərtləşdirə bilər. Nəşr, həmçinin iddia edir ki, hazırda Fransa ilə atom elektrik stansiyaları üçün Rusiya uranının idxalını azaltmaq üzrə danışıqlar aparılır. Bundan əlavə, məlumata görə, Aİ Rusiyada fəaliyyət göstərən və ya Brüsselin fikrincə, sanksiyalardan yayınmada iştirak edən ayrı-ayrı banklara qarşı sanksiyalar tətbiq edə bilər.

Xatırladaq ki, Aİ-nin 16-cı sanksiyalar paketi bu il fevralın 24-də qüvvəyə minib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri