Icma.az
close
up
RU
Türkiyə nə üçün Suriya ilə İsraillə olduğu kimi müqavilə imzalamır? (ŞƏRH)

Türkiyə nə üçün Suriya ilə İsraillə olduğu kimi müqavilə imzalamır? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Türkiyə-Suriya xətti, İsrail-Suriya xəttilə müqayisədə tamamilə fərqli mahiyyət daşıyır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu təhlükəsizliklə bağlı müqavilə bağlamaq niyyətilə keçirilən İsrail-Suriya danışıqları kimi, anoloji formada Türkiyə-Suriya müqaviləsinin imzalanması ehtimalını şərh edərkən deyib. 

Ekspert bildirir ki, İsraillə Suriya nümayəndə heyətləri arasında ABŞ-ın vasitəçiliyi ilə Parisdə keçirilən danışıqlarda məqsəd 1974-cü ildə Qolan təpələri üçün bağlanmış ayrılma rejiminin yenilənməsi, sərhəd boyunca təhlükəsizlik məsələlərinin tənzimlənməsi və qarşıdurmanın qarşısının alınmasıdır:

"Söhbət Suriyanın cənubunda – Dəraa–Quneytra xəttində dövlətlərarası, məhdud coğrafiyalı və texniki təhlükəsizlik rejimindən gedir. Təbii ki, ABŞ üçün əsas məqsəd İsrail sərhədində idarə olunan sakitlikdir və buna görə prosesə birbaşa liderlik edir. Tərəflər yeni təhlükəsizlik mexanizmləri haqqında razılığa gəlməyə çalışırlar".


Lakin Vüqar Zifəroğlu qeyd edir ki, Türkiyə–Suriya xətti tamamilə fərqli mahiyyət daşıyır:

"Birincisi, Türkiyə ilə Suriya arasında problem iki dövlət arasında sərhəd insidenti deyil. Suriyanın şimalında formalaşmış alternativ hakimiyyət zonalarıdır. Türkiyənin əsas təhlükəsizlik problemi Dəməşq deyil, PKK/PYD/SDF strukturudur. Bu struktur ABŞ tərəfindən qorunur, qismən legitimləşdirilib və faktiki olaraq Suriya ərazisində dövlətə alternativ güc mərkəzi yaradır. Belə şəraitdə Türkiyə ilə Suriya arasında imzalanacaq hər hansı "təhlükəsizlik müqaviləsi” avtomatik olaraq bu aktorların taleyini gündəmə gətirir ki, bu da, ABŞ-ın hazırkı regional strategiyasına ziddir”.

Digər tərəfdən, ekspertə görə, Türkiyə–Suriya təhlükəsizlik razılaşması təkcə iki ölkəni deyil, bütün böyük oyunçuların maraqlarını toqquşduracaq sənəd olar:

"Ankaranın dəstək verdiyi yeni siyasi reallıq – Əhməd əş-Şəaranın rəhbərlik etdiyi yeni hökumət modeli – hələ beynəlxalq sistemdə tam legitimləşməyib. Türkiyə bu hökuməti Suriyanın gələcək mərkəzi hakimiyyəti kimi görür. Bu səbəbdən Türkiyə–Suriya təhlükəsizlik razılaşması təkcə iki ölkəni deyil, bütün böyük oyunçuların maraqlarını toqquşduracaq sənəd olar. İsrail–Suriya danışıqları isə belə sistemik zəncirvari effekt yaratmır”.

Başqa bir tərəfdən, Vüqar Zifəroğlu bildirir ki, paradoksal görünsə də, sərhədin "daha qaynar” olması diplomatik aktivliyi artırmır, əksinə dondurur: 

"Çünki Türkiyə üçün prioritet "razılaşma imzalamaq” deyil, faktiki təhlükəni aradan qaldırmaqdır. Ankara hesab edir ki, real təhlükə mövcud olduğu müddətdə kağız üzərində saziş təhlükəsizlik yaratmayacaq. İsrail isə əksinə – təhlükəni sazişlə idarə olunan səviyyədə saxlamaq istəyir”.

Həmsöhbətimiz qeyd edir ki, burada ABŞ-ın rolu da həlledicidir: 

"Vaşinqton İsrail–Suriya xəttində vasitəçidir, lakin Türkiyə–Suriya xəttində tərəflərdən biridir. Bu isə önəmli məqamdır. ABŞ Suriyanın şimalında öz hərbi mövcudluğunu və tərəfdaşlarını riskə atacaq bir mexanizmi təşviq etmir. Bu səbəbdən Paris formatı şimala deyil, cənuba tətbiq olunur”.

Yəni siyasi şərhçinin fikrincə, eyni tip təhlükəsizlik müqaviləsinin Türkiyə ilə Suriya arasında imzalanmamasının səbəbi aktivliyin olmaması deyil, maraqların üst-üstə düşməməsidir: 

"İsrail–Suriya danışıqları məhdud, texniki və idarə olunan təhlükəsizlik modelidir. Türkiyə–Suriya xətti isə Suriyanın gələcək dövlət quruluşunu, ABŞ-ın regional strategiyasını və PKK/PYD məsələsini eyni anda həll etməyi tələb edir. Bu şərtlər dəyişmədikcə, Ankara–Dəməşq arasında Paris tipli təhlükəsizlik masası yaranmayacaq. Bu, diplomatik passivlik yox, daha çox strateji hesablanmış gözləmədir”.

Qeyd edək ki, bu gün Parisdə İsraillə Suriya arasında ABŞ-ın təşəbbüsü ilə Suriyanın cənubunda təhlükəsizliklə bağlı 5-ci raund danışıqlara start verilib. Bildirilir ki, bu danışıqların məqsədi Suriyanın cənubunu silahsızlaşdırmaq və İsrail qoşunlarını Əsəd rejiminin süqutundan sonra işğal etdikləri Suriya ərazilərindən çıxarmaqdır. 

Onu da vurğulayaq ki, Suriyanın şimalında da gərginlik qalmaqdadır. Hətta şimaldakı gərginlik cənubla müqayisədə daha qaynardır. Burada PKK/PYD/SDF strukturu Suriyanın şimal-şərqinə nəzarət etməkdə davam edir ki, bu da sözügedən ölkənin suverenliyinə zərbə vurmaqla yanaşı, daha çox NATO üzvü olan Türkiyə üçün başağrısı yaradır. 

Bu isə onu deməyə əsas verir ki, bölgədə sülh və əmin-amanlığın olmasını istəyən və prosesə vasitəçilik edən qüvvələr Suriya ilə İsrail arasında imzalanması gözlənilən müqaviləyə oxşar bir sənədin əslində Ankara ilə Dəməşq arasında imzalanmasında da maraqlı olmalıdırlar. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see138

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri