Icma.az
close
up
RU
Bu il dünyada 40 dan çox ərazidə müharibə olacaq PROQNOZ

Bu il dünyada 40 dan çox ərazidə müharibə olacaq PROQNOZ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı ildə də dünyada silahlı münaqişələr səngiməyəcək.

Modern.az xəbər verir ki, bu barədə Fransız analitik Kleman Mole bildirib.

Hazırda Yəməndən Ukraynaya, Afrikadan Latın Amerikasına qədər onlarla ölkədə müharibələr, vətəndaş qarşıdurmaları və silahlı toqquşmaların davam etdiyinə diqqət çəkən analitikin qənaətincə, beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, bir sıra münaqişələr ya açıq müharibə formasında qalacaq, ya da “donmuş” vəziyyətdən yenidən aktiv fazaya keçəcək.

Analitikin proqnozuna əsasən 40-dan artıq ərazi müharibə, daxili çəkişmələr təhlükələri altındadır:

“Yəməndə husilərə qarşı hava zərbələri, Cənubi Ərəbistanın gələcəyi ilə bağlı mübahisələr və regional güclərin qarşıdurması müharibəni daha da dərinləşdirir. İsrail–Fələstin xəttində rəsmi olaraq müharibənin bitdiyi açıqlansa da, faktiki olaraq döyüş əməliyyatları davam edir.

Livan istiqamətində İsrailin apardığı hərbi əməliyyatlar nəticəsində “Hizbullah” ciddi zərbə alıb. Qruplaşmanın rəhbərliyinin böyük hissəsinin sıradan çıxarılması ölkə daxilində siyasi balansı dəyişib. Suriyada isə müharibədən mərhələli şəkildə sabitliyə keçid müşahidə olunur.

İranla bağlı proqnozlar daha sərtdir. Molen bildirir ki, 2025-ci ildə mollalar rejimi iflas həddinə çatıb və 2026-cı ildə hakimiyyətin dəyişməsi real ssenari kimi görünür.

Rusiya–Ukrayna müharibəsi 2026-cı ildə artıq dördüncü ilinə qədəm qoyur. Analitiklərin hesablamalarına görə, Rusiya Ukrayna ərazisinin təxminən 0,9 faizini nəzarətdə saxlayır, lakin müharibə əvvəlkindən də daha qanlı mərhələyə daxil olub.

Sudan dünyanın ən ölümcül, lakin ən az diqqət çəkən müharibələrindən birini yaşayır. Efiopiyada da ciddi silahlı qarşıdurmalar davam etsə də, beynəlxalq gündəmdə demək olar ki, yer almır.

Konqo Demokratik Respublikası ilə Ruanda arasında gərginlik Kivu bölgəsinə yayılıb. Mozambikdə islamçı qruplaşmalar fəallaşıb. Sahel bölgəsində isə terror təşkilatları Qvineya körfəzinə doğru irəliləməyə çalışır.

Somalidə separatizm və vətəndaş müharibəsi, Mərkəzi Afrikada isə Çad gölü ətrafında islamçı üsyanlar və regional gərginliklər diqqət çəkir.

Asiya və Latın Amerikası da risk zonasındadır. Əfqanıstan–Pakistan sərhədində toqquşmalar davam edir, Pakistan üçün radikal qruplaşmalar əsas təhlükə olaraq qalır. Myanmada bitmək bilməyən vətəndaş müharibəsi sürür. Tailandla Kamboca arasında yeni münaqişə ocağı yaranıb.

İndoneziya və Filippində isə daha az tanınan, lakin davamlı silahlı qarşıdurmalar mövcuddur.

Latın Amerikasında vəziyyət xüsusilə ağırdır. Meksika, Venesuela, Kolumbiya, Ekvador və Haitidə narkokartellər arasında gedən müharibələr faktiki olaraq bəzi bölgələri dövlət nəzarətindən çıxarıb”.

Kleman Mole deyir ki, 2026-cı il dünyada iri dövlətlərarası müharibələrin, genişmiqyaslı vətəndaş qarşıdurmalarının, terror və üsyan xarakterli savaşların, cinayətkar qruplaşmaların silahlı mübarizəsinin davam etdiyi bir il olacaq. "Müasir münaqişələrə artıq hibrid müharibələr, kiberhücumlar və qeyri-ənənəvi təzyiq üsulları da əlavə olunub. Bu isə qlobal təhlükəsizlik üçün risklərin daha da artması deməkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Yanvar 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri