Namiq Mənadan qızının qəzaya düşməsi haqda açıqlama: Kürəkənimin məsuliyyətsizliyi...
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Tanınmış meyxana ustası Namiq Məna Quba rayonunda yağan qar səbəbi ilə qızının ailəsi ilə birlikdə qəzaya düşməsi barədə hadisənin təfərrüatlarını açıqlayıb.
Reyting.az xəbər verir ki, bu barədə Pravda.az-a danışan N.Məna deyib ki, yayılan xəbərlər şişirdilməyib, doğrudur.
Onun sözlərinə görə, təbiət hadisəsindən heç kim sığortalanmayıb:
“Şıltaq qış ayı özünü büruzə verir. Quba dağlarında qış sərt keçir. Hadisə olan vaxt mənfi beş-altı dərəcə şaxta olub. Qızım ailəsi ilə birlikdə avtomobildə getdikləri yerdə maşın yerində iki-üç dəfə fırlanıb və dərədən aşağı yuvarlanıb. Bunu sürücü məsuliyyətsizliyi, səriştəsizliyi, səhlənkarlığı kimi dəyərləndirirəm. Sürücü öz kürəkənim olub. Quba yolları bir az ona yaddır. Bir müddət Rusiyada yaşayıb. Oranın buzlu, şaxtalı yolları ilə bizim yolların ciddi fərqi var. Düşünüb ki, sürmək olar. Həmin yolda sərt döngələr var. Hadisə axşam saat 19:00-20:00 radələrində baş verib. Həmin saatlar artıq havanın soyuyan vaxtıdır. Buz qatı daha da sərtləşir. Kürəkənimdə özünə arxayınçılıq olub ki, sərt döngələrdə manevr edə bilər. Nəticəsi isə belə oldu. Şükür Allaha, ciddi xəsarət alan olmayıb. Maşın dərəyə yuvarlananda təkər gicitkən kollarına ilişib və partlayıb, nəticədə dayanıb. Yoxsa yuvarlanıb dərədən aşardı, ciddi fəsad törədə bilərdi. Allahın hər anına şükürlər olsun, yəqin, məsləhət belə imiş. Sarsıntı keçiriblər, amma təkrar deyirəm, ciddi xəsarət almayıblar. Nəvəmin 12 yaşı var. Sanki hadisə olacağını əvvəlcədən duyub. Planşetlə hadisəni çəkib. Deyirəm ki, niyə sona qədər çəkməmisən? Həmin vaxt onu bir az güldürdüm. Dedi ki, baba, planşet əlimdən yerə düşdü, yoxsa sona qədər çəkəcəkdim. Soruşdum ki, qorxmamısan? Dedi ki, yox. Bildirdim ki, qorxmaq lazım deyil, hadisədən heç kim sığortalanmayıb. Həmin an maşının içində sıxışıb qalmışdılar. Ürək-dirək verirdim. Belə ciddi hadisələr olanda hər zaman soyuqqanlı yanaşıram, amma inanın, bir neçə gün keçib, dünəndən görüntülərə yenidən baxıram, indi daha çox təsir edir. Doğrudan da, böyük bəladan qurtarıblar. Hamımız dünyada qonağıq. Sadəcə, hər zaman Allaha əl açıb diləmişəm ki, heç bir ailəni övladla sınağa çəkməsin, çünki övlad insanı düşmən qapısına da aparar. Bilirik ki, valideynlərimiz zamanında bizə görə nə qədər əzab çəkiblər. İnsan valideyn olmayana qədər bunu dərk edə bilmir. Qonaqpərvər, cəsarətli Quba camaatına təşəkkürümü bildirirəm. Hadisə anında dərhal kənd camaatı öz dəstəyini göstərib. Təvazökarlıqdan, təkəbbürlülükdən uzaq olaraq demək istəyirəm ki, mənim övladım olduğunu bildiklərində çox ciddi şəkildə isti münasibət göstərərək yardım ediblər. Ümumiyyətlə, son iki-üç gün ərzində telefonum susmayıb, zənglər səngimir. Xalqımıza minnətdarlığlmı bildirirəm, bayramlarını təbrik edirəm. Bu sevgiyə görə sonsuz təşəkkür edirəm. Xalqımızın nə qədər diqqətcil olduğunu bir daha gördüm. Tanıdığım, tanımadığım insanlar zəng etdilər. Keçirdikləri narahatlıq məni çox duyğulandırdı. Bunu sənət adamına göstərilən yüksək qayğı və diqqət kimi dəyərləndirirəm. Mətbuatımıza da sonsuz təşəkkür edirəm ki, hadisəni şişirdilmiş formada yazmadılar, olan hadisəni düzgün işıqlandırdılar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 05 Yanvar 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















