Icma.az
close
up
RU
Aİ Şengen vizalarının verilməsi qaydalarında dəyişiklikləri elan edib

Aİ Şengen vizalarının verilməsi qaydalarında dəyişiklikləri elan edib

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Brüssel viza siyasətinin Avropa İttifaqı (Aİ) ölkələrinin səlahiyyətində olmasına baxmayaraq, lazım gəldikdə, təhlükəsizlik və miqrasiya riskləri nəzərə alınmaqla ümumAvropa qaydaları tətbiq edə, o cümlədən çoxdəfəlik vizaların verilməsi şərtlərini sərtləşdirə bilər.

Moderator.az-ın məlumatına görə, Aİ-nin rəsmi nümayəndəsi Markus Lammert rusiyalılara Şengen vizasının verilməsi qaydalarının sərtləşdirilməsinə dair yayılan məlumatları belə şərh edib.

Onun sözlərinə görə, 2022-ci ildə Rusiya vətəndaşları üçün müəyyən məhdudiyyətlər tətbiq edilsə də, çoxdəfəlik vizaların verilməsinə qadağa qoyulmayıb.

Bununla belə, M.Lammert jurnalistlərə vəziyyətin dəyişə biləcəyini və yaxın vaxtlarda bununla bağlı xəbərlərin olacağını bildirib.

Ukraynada müharibənin başlanmasından sonra Aİ Rusiya ilə sadələşdirilmiş viza rejimi haqqında sazişi dayandırıb və üzv ölkələrə rusiyalılara "Şengen" verilməsini məhdudlaşdırmağı, təhlükəsizlik və sərhəd nəzarətini gücləndirməyi tövsiyə edib.

2019-cu ildə Rusiya vətəndaşlarına 4 milyondan çox Şengen vizası verildiyi halda, 2023-cü ildə bu rəqəm 500 minə qədər azalıb. Lakin 2024-cü ildə verilən vizaların sayında artım müşahidə olunur ki, bu da əlavə məhdudiyyətlərin nəzərdən keçirilməsi üçün səbəblərdən biri ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see252

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see195

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see183

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see166

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see138

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see135

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see135

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see134

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see133

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see131

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see130

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see130

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see127

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see127

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see126

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see122

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri