Aİ: Ukraynada münaqişəsi daha bir neçə il davam edə bilər
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynadakı münaqişə daha bir neçə il davam edə bilər.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ukraynada müharibənin daha bir neçə il uzana biləcəyini istisna etməyib.
APA xəbər verir ki, o, ispandilli “EFE” agentliyi də daxil olmaqla bir qrup KİV-ə açıqlamasında müxtəlif inkişaf ssenarilərindən danışıb:
“Düşünürəm ki, ən real ssenari odur ki, müharibə daha bir neçə il davam edəcək. Təəssüf ki, sülh naminə göstərilən səylər, o cümlədən ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri heç bir nəticə vermədi”, – Kallas bildirib.
Onun sözlərinə görə, ən pessimist variantda Ukrayna müəyyən ərazilərindən imtina etməli ola bilər.


