Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 29 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Ukraynaya verilən hərbi texnikaya görə Slovakiyaya əlavə 105 milyon avro kompensasiya ödəyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Slovakiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti şöbəsinin baş direktoru Robert Bestro bildirib.
Onun sözlərinə görə, vəsait Avropa Sülh Fondundan ayrılacaq və daha əvvəl verilmiş kompensasiyaya əlavə olunacaq.
Qeyd edək ki, Slovakiya əvvəlki hökumətin dövründə Ukraynaya MiQ-29 qırıcıları və S-300 hava hücumundan müdafiə sistemləri göndərib. Hazırkı hökumət dövlət hesabına silah yardımı siyasətindən imtina etsə də, Slovakiya şirkətlərinin Ukraynaya kommersiya tədarükünə icazə verir.
Bu mövzuda digər xəbərlər:Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək
29 Sentyabr 2026 03:43
Avropa Ukraynaya 90 milyard avro ödəyəcək
18 Dekabr 2025 15:20
SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
02 Dekabr 2024 12:55
SOCAR Slovakiyaya təbii qaz tədarükünə başladı
02 Dekabr 2024 13:02
Baxış sayı:115
Bu xəbər 29 Sentyabr 2026 06:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















