Aİ Vaşinqton görüşündən sonrakı dinamikanı saxlamaq üçün Azərbaycan və Ermənistanla çalışmağa sadiqdir
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıda yüksək səviyyəli məsləhətləşmələr keçirib.
APA xəbər verir ki, bu barədə Maqdalena Qrono “X”də bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Görüşlərdə Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib: “Aİ Vaşinqton görüşündən sonrakı dinamikanı qoruyub saxlamaq və sülhün faydalarını regionda hiss etdirmək üçün Azərbaycan və Ermənistanla çalışmağa qəti şəkildə sadiqdir”.
Xüsusi nümayəndə danışıqlarda Naxçıvan mərkəzi mövzu olub, konnektivlik, regional əməkdaşlıq və humanitar məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 06 Noyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















