Aİ və Çin arasında iki ildən sonra ilk dəfə hərbi məsləhətləşmələr baş tutub
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqı və Çin iki ildən sonra ilk dəfə hərbi məsləhətləşmələr aparıb.
APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti məlumat yayıb.
Məlumata görə, martın 24-də Brüsseldə təhlükəsizlik və müdafiə üzrə məsləhətləşmələrin 15-ci raundu keçirilib.
Görüşdə Ukrayna, İran və Cənubi Çin dənizindəki vəziyyət, eləcə də silahsızlanma, nüvə silahlarının yayılmaması və kosmos təhlükəsizliyi məsələləri müzakirə olunub.
Aİ tərəfi Çindən Ukrayna münaqişəsinin dayandırılması üçün Rusiyaya təsir göstərməsini istəyib, həmçinin Pekinin regionda, o cümlədən Tayvan boğazında gəmiçiliyin təhlükəsizliyinə görə məsuliyyət daşıdığını vurğulayıb.
Əvvəlki məsləhətləşmə raundu 2024-cü ildə Pekində keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 26 Mart 2026 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















