Icma.az
close
up
RU
Aİ yə ixrac olunarkən karbon vergisi nə cəlb edilən Azərbaycan məhsullarının həcmi açıqlanıb

Aİ yə ixrac olunarkən karbon vergisi nə cəlb edilən Azərbaycan məhsullarının həcmi açıqlanıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 oktyabr, AZƏRTAC

Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə, son 10 ildə baş vermiş iqlim dəyişiklikləri nəticəsində baş vermiş fəlakətlər nəticəsində dünya üzrə ÜDM-də 1,3 faiz itki qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva 13-cü Beynəlxalq “Caspian Energy Forum”da çıxışı zamanı deyib.

O qeyd edib ki, iqlim dəyişikliklərinin fəsadları və yaxud da atmosferə atılan istixana qazları dünya və bəşəriyyət üçün fəsadlar törətməklə yanaşı, iqtisadi resursların da qeyri-səmərəli şəkildə istifadəsinə səbəb olur.

“Bu da ölkələrin iqtisadi və ərzaq təhlükəsizliyinə, sənayenin uzunmüddətli dayanıqlı inkişafına ciddi təhdidlər yaradır. Azərbaycan COP29-a ev sahibliyi etmiş ölkə kimi yaşıl iqtisadiyyat, yaşıl enerji mövzularında marağını qlobal ictimaiyyətə çatdırmış ölkədir. Bizim üçün bu mövzu yalnız COP-a ev sahibliyi etmiş il çərçivəsində aktual deyil, bütövlükdə orta müddətli dövrdə ölkənin həm də iqtisadi inkişaf prioritetləri müəyyənləşdirilərkən yaşıl iqtisadiyyata keçid və bu zaman sahibkarın enerji səmərəliliyi diqqətə alınır”, - deyə rəis müavini vurğulayıb.

Samirə Musayeva onu da əlavə edib ki, Azərbaycandan "karbon vergisi"nə cəlb olunan məhsulların Avropa İttifaqına ixracının həcmi 0,4 faizdir. O bildirib ki, gələn il yanvarın 1-dən Avropa İttifaqı tərəfindən elan olunmuş sərhəddə karbon ticarət tənzimlənməsi işə düşəcək: “Yəni Avropa İttifaqına idxal olunacaq bir sıra məhsullara - 6 qrup məhsula istehsal olduğu ölkədə istehsal zamanı emissiya olunan karbon vahidlərinə hər hansı bir karbon qiymətinin tətbiq olunub-olunmamasından asılı olaraq, sərhəddə karbon qiymətləri tətbiq olunacaq. Biz də təbii ki, yerli biznesin bu cür təsirlərdən qorunması üçün İqtisadiyyat Nazirliyində işçi qrupu yaratmışıq. Bununla da Avropa İttifaqına ixrac zamanı tətbiq olunan qiymət siyasətinin yerli biznesin rəqabət qabiliyyətinə təsir edilməsinin ölçülməsi istiqamətində aidiyyəti işlər aparılır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri