Icma.az
close
up
RU
® AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb AZƏRTAC

® AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 dekabr, AZƏRTAC

Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda ilk dəfə olaraq dövlət sektorunda rəqəmsal infrastrukturun inkişafı üçün kredit ayırıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin iki yeni Data Mərkəzinin tikintisi üçün sərf olunacaq kreditin məbləği 43 milyon avro təşkil edib. Layihənin məqsədi dövlət şirkəti tərəfindən təqdim olunan “bulud” xidmətlərini daha da genişləndirmək və əlçatan etməkdir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dekabrın 20-də kredit sazişinin təsdiqlənməsi ilə bağlı “AzInTelecom” MMC-nin inzibati binasında imzalanma mərasimi keçirilib.

Layihə ilə bağlı AİB-nin vitse-prezidenti Teresa Çervinska Azərbaycanın dövlət sektoruna ilk kredit dəstəyini rəsmiləşdirməkdən məmnun olduqlarını bildirib: “Məlumat əlçatanlığının təkmilləşdirilməsi və davamlı rəqəmsal transformasiyanın təşviqi Avropa İnvestisiya Bankının əsas prioritetləri sırasındadır. İnnovasiya və şəffaflığa yönəlmiş bu sərmayə təkcə dövlət idarəçiliyinin müasirləşdirilməsinə deyil, həm də davamlı iqtisadi artıma və sosial tərəqqiyə töhfə verəcək”.

Azərbaycan tərəfdən müqaviləni imzalayan “AzInTelecom” MMC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Elxan Əzizov bildirib ki, bu layihə ölkədə gedən rəqəmsal transformasiyaya mühüm təkan verəcək: “Bu layihənin reallaşması ilə istər kiçik, istər böyük qurumlar üçün bulud xidmətləri daha əlçatan olacaq. Təbii ki, bu da öz növbəsində Azərbaycanda rəqəmsal ekosistemin inkişafına birbaşa müsbət təsirini göstərəcək. Onu da qeyd edim ki, Abşeron və Hacıqabul rayonlarında tikilməsi nəzərdə tutulan hər iki Data Mərkəzin inşası yaşıl texnologiyalar əsasında aparılacaq”.

Qeyd edək ki, bu təşəbbüs Avropa İttifaqının Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planına (EIP), eləcə də “Global Gateway” strategiyasına uyğun olaraq həyata keçirilir. Eyni zamanda, Avropa İttifaqının regionda dayanıqlı inkişafı və rəqəmsal transformasiyanı təşviq etmək öhdəliyini vurğulayır.

“AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə Data Mərkəzləri ilə bağlı beynəlxalq nüfuzlu “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda Bakı və Yevlax şəhərlərində yerləşən Data Mərkəzləri üzərindən dövlət və özəl sektorda 200-dən çox quruma “bulud” xidmətləri göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri