AİB in Azərbaycanın maliyyə sektorunda iştirak imkanları müzakirə olunub
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” sosial şəbəkə hesabında məlumat verib.
“Görüş zamanı qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, ölkə üzrə iqtisadi vəziyyət və inkişaf trendləri, pul siyasəti, sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, eləcə də sektorun potensialına dair ətraflı fikir mübadiləsi apardıq.
Görüşdə Mərkəzi Bank və AİB arasında gələcək əməkdaşlıq imkanlarını, həmçinin AİB-in ölkənin maliyyə sektorunda iştirak perspektivlərini müzakirə etdik” - deyə paylaşımda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 03 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















