Icma.az
close
up
RU
“Voyager 1” Yerdən ən uzağa gedən kosmik gəmi olub

“Voyager 1” Yerdən ən uzağa gedən kosmik gəmi olub

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Voyager 1” kosmik gəmisi Yer kürəsindən bir işıq günü uzaqlığa çatmaqdadır.

APA TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə layihəyə rəhbərlik edən Suzi Dodd bildirib.

O qeyd edib ki, 1977-ci ildə NASA-nın maddi nümunələr götürməsi üçün kosmosa göndərdiyi “Voyager 1” kosmik gəmisi planetimizdən rekord həddə uzaqlaşmaqdadır.

Qeyd edək ki, bir işıq günü işığın 24 saatda qət etdiyi məsafəni ifadə edir, bu da təxminən 26 milyard kilometrə bərabərdir.

Suzi Doddun sözlərinə görə, bu uzaqlıqda dünyadan kosmik gəmiyə göndərilən mesaj 24 saat ərzində ona çatır və gəmidən alınan cavab da eyni vaxtda geri qayıdır: “Voyager 1” və onun əkizi “Voyager 2” Günəşin maqnit sahəsi və zərrəciklərdən ibarət, Plutonun orbitindən də kənara qədər uzanan heliosfer balonunun xaricinə çıxmağı bacaran yeganə kosmik aparat olmaq xüsusiyyətini daşıyır. “Voyager 1” hazırda Yerdən təxminən 15,8 milyard mil uzaqlıqda, ulduzlararası fəzada səyahətini davam etdirir.

Hər iki zond onilliklər keçdikdən sonra enerji qənaəti məqsədilə bəzi elmi alətlərini söndürmək məcburiyyətində qalıb. Lakin hələ də işlək vəziyyətdə olan detektorlar, Günəşin təsirinin zəiflədiyi bu bölgədə zərrəciklərin sıxlığı, maqnit sahəsi və plazma dalğaları barədə həyati əhəmiyyətli məlumatlar toplayır. Bu ölçmələr gələcəkdə ulduzlararası fəzaya göndəriləcək yeni missiyalar üçün də istiqamətverici rol oynayacaq”.

Onun sözlərinə görə, “Voyager 1” Yupiter və Saturnu tədqiq etmək üçün buraxıldıqdan sonra 1980-ci ildə Saturn yaxınlığından keçdiyi vaxtdan etibarən eyni sürətlə və eyni istiqamətdə hərəkət edir: “Kosmik aparat saatda təxminən 38 min mil sürətlə Günəş sistemi xaricinə doğru yol alır. Saturn keçidindən sonra onun trayektoriyası planetlərin yerləşdiyi müstəvidən yuxarıya – səmanın “üst” istiqamətinə yönəlib. “Voyager” 2 isə 1989-cu ildə Neptunun üzərindən keçdikdən sonra aşağıya, planetlər müstəvisinin altına doğru istiqamətlənib. Həmin tarixdən bu günə qədər onların heç birinin marşrutu üzrə korreksiya manevri aparılmayıb”.

Dodd onu da qeyd edib ki, bu qədər uzaq məsafədə rabitəni qorumaq asan deyil: “Zondlar Yerə saniyədə cəmi 160 bit məlumat ötürür. Bu sürət köhnə “dial-up” internet bağlantıları ilə müqayisə edilir. Bu qədər böyük məsafədə siqnal gücü çox zəifləyir. Siqnalı toplaya bilmək üçün eyni vaxtda bir neçə iri antenadan istifadə etməli olur. İllər ərzində zondların ömrünü uzatmaq üçün çətin qərarlar qəbul etmək məcburiyyətində qalmışıq. Daha az enerji sərf edən alətlər açıq saxlanılıb, bəzi sistemlər isə tamamilə sıradan çıxarılıb. Zondların daxili hissələrinin kifayət qədər isti qalması da kritik əhəmiyyət daşıyır. Əgər itələyici qaz boruları donar və antenlər Yerdən başqa istiqamətə yönələrsə, kosmik aparatlar ilə əlaqə birdəfəlik itirilə bilər”.

Alim onu da vurğulayıb ki, “Voyager 1” və “Voyager 2” 2027-ci ildə missiyalarının 50-ci ilini tamamlayacaq: “Lakin bu tarixədək bəzi əlavə sistemlərin və elmi alətlərin də söndürülməsi zərurəti yaranacaq. Komanda xüsusilə kosmik şüa detektorlarını, maqnitometrləri və plazma dalğalarını ölçən sistemləri mümkün qədər uzun müddət açıq saxlamaq istəyir. Beləliklə, zondlar ulduzlararası fəzada sanki “hava durumu peyki” kimi fəaliyyətini davam etdirə biləcək”.

Dodd ən azı bir zondun daha bir neçə il işləyə biləcəyinə ümidlidir.

Qeyd edək ki, “Voyager 1” və “Voyager 2” 1977-ci ildə ABŞ-ın Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Raket eyni zamanda, “Voyager” qızıl plastinkasının daşıyıcısıdır. Amerikalı astronom Karl Saqanın hazırladığı plastinkanın içərisində 116 şəkil, 55 dildə müxtəlif salamlama və diləklər və 27 musiqi parçası vardı. Xalq artisti Kamil Cəlilovun balabanda ifa etdiyi “Çahargah ahəngi” də plastinkadakı melodiyalar içindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Dekabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri