Icma.az
close
up
RU
AİB prezidenti: Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinə regionun digər ölkələri də maraq göstərib EKSKLÜZİV

AİB prezidenti: Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinə regionun digər ölkələri də maraq göstərib EKSKLÜZİV

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinə regionun digər ölkələri də maraq göstərib. Onlarla normativ çərçivənin təkmilləşdirilməsi, texniki yardım və investisiya imkanları üzrə danışıqlar aparılır.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kanda bildirib.

O vurğulayıb ki, AİB Xəzər Yaşıl Enerji Dəhlizinin araşdırılması üçün 1,2 milyon dollar dəyərində texniki yardım təqdim edir.

“Araşdırma Azərbaycan, Qazaxıstan və Özbəkistanı əhatə edir. Layihənin məqsədi Mərkəzi Asiya, Xəzər hövzəsi və Qara dəniz istiqaməti üzrə bərpaolunan enerji potensialını birləşdirərək Asiya ilə Avropa arasında dayanıqlı enerji körpüsü yaratmaqdır. Növbəti mərhələdə AİB bu üç ölkədə ötürücü xətlərin yenilənməsi, enerji saxlama sistemlərinin yaradılması və transsərhəd enerji ticarəti üçün tələb olunan infrastrukturun maliyyələşdirilməsini nəzərdən keçirir. Hazırda hökumətlər arasında bu mövzuda fəal dialoq davam edir. Regionun digər ölkələri də təşəbbüsə maraq göstərib. Onlarla normativ çərçivənin təkmilləşdirilməsi, texniki yardım və investisiya imkanları üzrə danışıqlar aparılır. AİB bu mühüm regional layihənin həyata keçirilməsində əsas tərəfdaş kimi növbəti mərhələlərə həm maliyyə, həm də ekspert dəstəyi göstərməyi davam etdirəcək”, - deyə M.Kanda diqqətə çatdırıb.

AİB prezidentinin AZƏRTAC-a müsahibəsinin tam versiyası ilə bu linkdə tanış ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri