Icma.az
close
up
RU
AİB sədri: Heyvanlar təşkil olunmuş yerlərdə kəsilməlidir

AİB sədri: Heyvanlar təşkil olunmuş yerlərdə kəsilməlidir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Prezidentinin "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" müvafiq Sərəncamının icrası məqsədilə müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, agentlik fəaliyyətə başladığı dövrdə ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 15 olsa da, müvafiq qurumlarla birgə görülmüş işlər nəticəsində bu rəqəm hazırda 102-yə çatdırılıb.

"Təəssüflə qeyd etməliyik ki, hələ də ölkənin bəzi rayonlarında, o cümlədən İmişli, Beyləqan, Saatlı, Sabirabad və bir sıra digər rayonlarda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində gecikmələr mövcuddur. Bu rayonlarda heyvandarlıq sahəsinin inkişaf etməsinə baxmayaraq, qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvan sağlamlığının izlənilməsi və biotəhlükəsizliyin təmin olunması istiqamətində maneələr yaradır. 

Bununla bağlı agentlik bu sahədə fəaliyyət göstərən sahibkarları həmin ərazilərdə qanunvericiliyə uyğun yerli heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir", - deyə məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, sahibkarlar heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən metodiki köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatlar əldə etmək üçün AQTA-nın regional bölmələrinə müraciət edə bilərlər.



Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, heyvan kəsimi məntəqələrinin standartı var:


“ Sözügedən standart artıq neçə ildir ki, tətbiq edilir. Həmçinin həmin standartın həcmi, isti və soyuq su ilə təmin olunmasına görə çoxsaylı tələblər mövcuddur. Neçə ildir AQTA istəyir ki, bunu tətbiq etsin. Hər rayonda belə məntəqələr var. Bu işə cavabdeh şəxslərdən biri də rayon İcra hakimiyyətləridir. Lakin bu geniş vüsət almayıb. Ümumiyyətlə, bir çox ölkələrdə hətta şəxsin saxladığı heyvan olsa belə onun ev şəraitində kəsilməsinə icazə yoxdur. Yəni bütün hallarda heyvanlar təşkil olunmuş yerlərdə kəsilməlidir.  AQTA da bu hədəflərə çatmaq istəyir. Çünki bu çox əhəmiyyətli bir məsələdir. Həmçinin sözügedən hədəflərə çatmaq əhalinin bir sıra xəstəliklərdən qoruya və təhlükəli heyvan xəstəliklərinin insanlara keçməsinin qarşısını ala bilər. Lakin polis və İcra hakimiyyəti nümayəndələri nə qədər mübarizə aparsa da, bu hədəflərə çata bilmir. AQTA-nın çağırışına ictimai dəstək verilməli, kömək edilməlidir ki, bu məsələ həll olunsun. Yəni heyvanlar təşkil olunmuş məntəqələrdə stressiz bir vəziyyətdə kəsilsin. Ümumiyyətlə heyvan dünyaya gələndə  kompüter bazasına daxil edilməli, qulağına xüsusi sırğa vurulmalı və orada nömrə olmalıdır. Eyniu zamanda heyvana vurulan baytarlıq dərmanları hamısı vaxtaşırı bazada qeyd edilməlidir. Heyvan kəsiləndə isə o bazadan silinməlidir. Çox təəssüf ki, AQTA hələ bu hədəflərdən çox uzaqdadır. Ümumiyyətlə heyvanlar məntəqələrdə kəsildikdən sonra əmtəə bazarında və marketlərdə satılan heyvan ətləri paketlənəcək. Həmçinin üzərində buraxılma tarixi, son yararlıq müddəti və hansı təsərrüfatda kəsildiyi göstəriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Fevral 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri