PSJ Atletikonun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir
Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
Fransanın PSJ klubu qış "transfer pəncərəsi"ndə İspaniya təmsilçisi "Atletiko"nun hücumçusu Xulian Alvaresi heyətinə qatmağı düşünür.
Adalet.az "The Touchline"a istinadən xəbər verir ki, Paris təmsilçisi Xviça Kvaratsxeliyanın və Dezire Duenin zədələnməsindən sonra 26 yaşlı argentinalını almağı planlaşdırır.
Alvareslə şəxsi müqavilə şərtlərinin razılaşdırılmasında çətinlik yaranmayacağı gözlənilir. Əsas maneə isə Madrid klubu ilə keçid barədə ortaq məxrəcə gəlməkdir.
Noyabrın 21-də Due "Nitsa" ilə matçda (3:2) sağ dizindən zədələndiyi üçün əməliyyat olunacaq. Oktyabrda isə Kvaratsxeliya UEFA Çempionlar Liqasında "Barselona"ya qarşı görüşdə (4:2) analoji xəsarət alıb. Gürcüstanlı oyunçunun da artıq əməliyyat olunduğu bildirilib.
Qeyd edək ki, X.Alvares 2024-cü ildən "Atletiko"nun şərəfini qoruyur. O, cari mövsümdə meydana çıxdığı 13 qarşılaşmada 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı cənubi amerikalı forvardın dəyərini 110 milyon avro qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 23 Noyabr 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















