İranlı deputat HƏDDİNİ AŞDI Bakıdan SƏRT REAKSİYA
Icma.az bildirir, Yenisabah portalına istinadən.
“İran yenidən müharibə başlayacağı təqdirdə ilk mərhələdə Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İraqı məhv edəcək”. Bunu iranlı deputat, sabiq diplomat Əbülfəzl Zöhrəvənd deyib.
Ardınca o, həddini aşaraq bildirib ki, Tehran bununla da kifayətlənməyəcək: “ Növbəti mərhələdə isə Azərbaycan və Türkiyəni hədəfə alacağıq”.
Fars şovinisti bununla nəyə eyham vurur? Bəs Türkiyə və Azərbaycan da hücumlara cavab versə, İran rejiminin halı necə olar? Sərfəli qiymətə məhsullar
"Yeni Sabah" xəbər verir ki, siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, iranlı deputatın dedikləri başından yekə danışmaqdır. Onun sözlərinə görə, İran dünyanın bu qədər dövlətini qarşısına alıb müharibə apara biləcək ölkə deyil:
“İran Zöhrəvəndin adını çəkdiyi dövlətlərdən kiçik olan İsrailə qarşı ciddi nə isə edə bilmədiyi halda, ətrafındakı bu qədər dövlətləri hədələməsi xam xəyallarıdır”.
Azərbaycana və Türkiyəyə gəlincə, ekspertin fikrincə, hər iki türk dövləti yetərincə qüdrətlidir: “Türkiyə bir NATO dövlətidir. Hətta NATO olmasa belə, Türkiyə İranı bir gecədə şumlayıb çıxacaq dövlətdir. Türkiyəyə qarşı hücum olacağı halda əlbəttə ki, NATO-nun gücündən də cavab olaraq istifadə edilə bilər. Azərbaycana, Türkiyəyə hədələr sərsəmlikdən başqa bir şey deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 23 Noyabr 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















